Məhkəmə qərarları › İş №2(073)-699/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-699/2025

07.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-699/2025 07.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində hüquqların bərpa olunması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində hüquqların bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona (iddiaçıya) məxsus Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə tərtib edilmiş, **********77 reyestr nömrəli Plan və ölçü sənədində xüsusi mülkiyyət hüquqi ilə onun adına rəsmiləşdirilmiş Cəlilabad rayonunun Bayxanlı kəndində yerləşən 1,32 ha və 0.67 ha, cəmi 1,99 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona (iddiaçıya) təhvil verilməklə üzərində hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını və işin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı ilə müzakirə aparılmış və ona mübahisənin mahiyyətinin inzibati xarakterli olması bildirilmiş, qeyd olunanlarla iddiaçı razılaşmış və işə baxılmasını istəmədiyini, əsl iddiasının cavabdehin adına verilmiş müvafiq reyestr çıxarışının qanunsuzluğu ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh X2 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində göstərmişdir ki, o (cavabdeh) da işə mahiyyəti üzrə baxılmasını istəmir. İddiaçı cavabdehə verilmiş çıxarışın qanuniliyini mübahisələndirirsə, bu barədə lazımi qaydada ayrıca iddia qaldırmasına da etiraz etmir. Hazırki halda iddianın təmin olunması üçün əsas yoxdur – cavabdeh torpağı qanuni mülkiyyət sənədi əsasında əldə edib və istifadə edir. Məhkəmə tərəfindən təyin edilmiş və rəyi əldə edilmiş məhkəmə tikinti-texniki ekspertizası, habelə məhkəmə iclasında dindirilmiş mütəxəssisin rəyinə əsasən də mübahisənin inzibati xarakterli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin,ğ məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının xərci olan 50 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində hüquqların bərpa olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı (xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzi) qaytarılsın. İddiaçıdan 50 (əlli) manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar