Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-723/2025 24.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı Mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı Mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi sazişin məzmununu mübahisələndirmiş, yanlışlıqla həmin sazişi imzaladığını bildirmiş və məhkəməyə izahat verərək, həmçinin məhkəməyə yazılı ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçiyə hüquqları izah edilmişdir, həmçinin barışıq sazişini iradəsindən kənar qaydada və ya arzu etmədiyi məzmunda imzaladığını iddia etdiyi təqdirdə bununla bağlı ayrıca iddia qaldırmaqla əqdin mübahisələndirilməsi qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və işin mahiyyəti üzrə həll olunması tələb edilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə). Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-723/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-723/2025
24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver