Məhkəmə qərarları › İş №2(073)-761/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-761/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-761/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə İbrahim oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya tələbinə dair iddia ərizəsinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 87 480 (səksən yeddi min dörd yüz səksən) manat, mənəvi zərərə görə 1 000 000 (bir milyon) manatın alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə İbrahim oğlu iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, hüquqalarını müdafiə və təmsil etdiyi İbiyev X2 rayonunun Qarğılı kəndində qeydiyyatdadır, lakin daimi olaraq Cəlilabad şəhəri Uzuntəpə kəndində yaşayır. İddiaçı 27 oktyabr 2020-ci il tarixdə özünə məxsus olan Vaz- 21074 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhərində axşam saatlarında hərəkətdə olarkən Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmaqla avtomobil ondan alınmış, özü polis əməkdaşları onun avtomobilində PŞ-nə gətirilmiş və polis əməkdaşları özləri idarə etməklə avtomaşını PŞ-nə gətirmişlər. Polis şöbəsinin inzibati binasında həmin vaxt Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləmiş Rövşən Quliyev başda olmaqla bir qrup polis əməkdaşları onu vurmuş, təzyiqlər göstərmiş, ona qarşı şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişlər. Onların əsas məqsədi bundan ibarət olmuşdur ki, onlar İddiaçı etirafedici izahat almaq yolu ilə avtomobildə külli miqdarda narkotik vasitə olmasını etiraf etsin. Lakin İddiaçı onlarla razılaşmamış və avtomobildə heç bir narkotik vasitə olmamasını bildirmişdir. Cinayət işi materialları ilə mübahisəsiz qaydada sübut olunur ki, qeyd edilmiş tarixdə İddiaçı Polis şöbəsinə gətiriləndən 2 saat sonra avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerindən bir ədəd bükümdə təmiz çəkisi 193.066 qram psixotrop maddə metamfetamın və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Baxış zamanı və ibtidai istintaq zamanı və məhkəmələrdə verdiyi bütün ifadələrində İddiaçı həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmasını bildirmişdir. Bütün bunlara baxmayaraq əməliyyat-axtarış tədbirinin nəticəsi olaraq İddiaçı 48 saat müddətində şübhəli şəxs kimi saxlanılmışdır. Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi tərəfindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və Cəlilabad rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 4-(073)232/2020 saylı qərarına əsasən onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardan verdiyi şikayətə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 4(106)-113/2020-ci il tarixli qərarına əsasən Cəlilabad rayon məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməmişdir. Cəlilabad rayon məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 5(073)-187/2020 nömrəli qərarına əsasən İddiaçı barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 5(106)-01/2021 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilmədən Cəlilabad rayon məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad rayon məhkəməsinin 27 fevral 2021-ci il tarixli, 4(073)-44/2021 nömrəli qərarına əsasən İddiaçı həbsdə saxlama müddəti 3 ay müddətinə uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 4(l06)-22/2021 nömrəli qərarına əsasən Cəlilabad rayon Məhkəməsinin qeyd edilmiş qərarı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməmişdir. Cəlilabad rayon məhkəməsinin 19 may 2021-ci il tarixli, 4(073)-121/2021 nömrəli qərarına əsasən Azərbayacn Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti bir ay müddətinə - 27 iyun 2021-ci il tarixə qədər uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, 4(106)-43/2021 qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad rayon məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 4(073)- 153/2021 nömrəli qərarına əsasən AR CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən İddiaçı həbsdə-saxlama müddəti 3 ay müddətinə, 27 avqust 2021-ci il tarixə qədər uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 4(106)-52/2021 nömrəli qərara əsasən tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilərək Cəlilabad rayon məhkəməsinin həmin qərarı ləğv edilmiş, həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilməmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun barəsində 27 avqust 2021-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal həbsdən azad edilmişdir. İbtidai istintaq vaxtı dəfələrlə vəsatət verərək İddiaçı əsassız olaraq AR CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verildiyini və bu səbəbdən də onun barəsində olan cinayət işinə bəratətverici əsaslarla xitam verilməsini xahiş etsələr də, vəsatətləri təmin edilməmişdir. Beləliklə, əsassız olaraq İddiaçı azadlıq hüququndan qanunsuz və əsassız olaraq məhrum edilmişdir. Hətta uzun müddət Cəlilabad RPŞ-nin MSY-də təhqirlərə, işgəncələrə məruz qalmışdır. Çox cəhd etsələr də onu sındıraraq etirafedici ifadələr ala bilməmişlər. Beləliklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(099)-20/2022 nömrəli hökmünə əsasən İddiaçı Azərbayacn Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cəzasının çəkilməsinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, l(106)-356/2022 nömrəli hökmünə əsasən İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli l(102)- 793/2023 nömrəli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan mübahisəsiz qaydada məlim olur ki, İddiaçı 27 oktyabr 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixə və xx.xx.2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixə qədər olan 17 ay 9 gün müddətdə həbsdə, 13 iyul 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 7 ay müddətində isə həbs qətimkan tədbirinin əvəzi hesab olunan ev dustaqlığında olmuşdur. Beləliklə, İddiaçı azadıq hüququ 24 ay 9 gün müddətində təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində əlindən alınmış və digər formada məhdudlaşdırılmışdır. İddiaçı həbs olunana qədər taksi kimi fəaliyyət göstərməklə gündəlik olaraq Cəlilabad rayonundan Bakı şəhəri ətrafi ərazilərdə yerləşən daş karxanalarına sərnişin aparıb-gətirmişdir. Hər həftənin yeddi günü həmin fəaliyyətlə məşğul olmuşdur. O, Cəlilabad rayonundan Bakı şəhərinə hər gün 4 nəfər sərnişin aparmış və 4 nəfər sərnişini Bakı şəhərindən Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata aparmış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər apanb 4 nəfər qaytarması nəzərə alınmaqla, 8 nəfərdən gündə 120 manat qazanmışdır. 24 ay 9 gün müddətində İddiaçı təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində (729 gün x120 manata = 87.480 manat) 87.480 (səksən yeddi min dörd yüz səksən) manat qazancdan məhrum olmaqla ona zərər dəymişdir. Təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində İddiaçı 1.000.000 (bir milyon) manat mənəvi zərər dəymişdir. İddiaçı barəsində olan işdə də təhqiqat, istintaq, prokurorluq orqanlarının qanunazid hərəkətləri və qəbul etdikləri qanunsuz prosessual qərarlar nəticəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən o, 8 il 6 ay müddətinə əsassız olaraq azadlıqdan məhrum etmə azasınn məhkum edilmişdir. Əgər tərəflərindən apellyasiya şikayəti verilməsəydi, hazırkı vaxta qədər olan müddət ərzində İddiaçı qanunsuz olaraq həbsdə olacaqdı. Azadlıq hüququndan məhrum olunmaqla mərhumiyyətlərə düçar olub, qoca və xəstə anası ilə ünsiyyətdə ola bilməyəcəkdi. İddiaçı həbsdə olduğu bütün müddət ərzində qoca və xəstə anası çarəsiz şəkildə göz yaşlarını axıdır, qardaş və bacılan iztirab keçirirdi. İddiaçı həbs olunana qədər nişanlanmışdı. Həbsdə olarkən nişanlısının valideynləri nişanı qaytarmışlar və “narkomana qız verməyəcəklərini” bildirmişlər. Narkoman olması adı altnda nişanının qaytarılması İddiaçı bütün ömrü boyu silinməz izlər buraxmışdır. Artıq ikinci ildir ki, məhkəmə tərəfindən ona bəraət verilmiş, lakin hazırkı vaxta qədər İddiaçı digər hər hansı bir qızı sevə bilmir və qəlbində bu barədə boşluq yarandığını bildirir. Beləliklə, İddiaçı təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində yuxanda qeyd edilmiş ülvi hisslərdən məhrum olunmuşdur. Bunu heç nə ilə kompensasiya etmək olmaz. Çünki həmin hisslər eyni zamanda həm də ilahi hisslərdir. İbtidai araşdırma zamanı alınmış ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 874 saylı rəyindən görünür ki, müayinə zamanı İddiaçı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Tərəflərindən israrlı şəkildə tələb edildikdən sonra verilmiş vəsatətə əsasən iş üzrə təkrar komissiyon məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Həmin ekspertin xx.xx.2021-ci il tarixli, 264 saytı komissiyon rəydən isə məlum olur ki, müayinə zamanı İddiaçı psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı NARKOMAN İYA xəstəliyindən ƏZİYYƏT ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, təhqİat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində İddiaçı 24 ay 9 gün müddətində əsassız həbsdə və azadlıq hüququ digər qaydada əsassız şəkildə məhdudlaşdırılması ona bəarət verilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə öz təqdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. İddiaçı də törətmədiyi cinayət əməlinə görə Cəlilabad RPŞ-də əsassız və qanunsuz olaraq saxlanılması, şübhəli şəxs kimi tutulması, ona ağır maddələrlə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəmənin qərarı ilə barəsində dəfələrlə həbs qətimkan tədbirinin seçilməsi, əsassız olaraq narkoman hesab edilərək bu barədə rəy alınması, qurulması nəzərdə tutulan ailənin dağılması, məhkəmə tərəfindən 8 il 6 ay müddətinə həbs cəzası kəsilməsi də daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsassız hüquqları xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi zərər yetirilən şəxs olması başa düşülür. Beləliklə, yuxarıda sadalanan milli və beynəlxalq qanunların tələbi baxımından cavabdeh təşkilatdan maddi zərərə görə 87.480 manat, mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat, cəmi maddi və mənəvi ziyana görə 1.087.480 manat alınaraq İddiaçı verilməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 4(073)- 232/2020 saylı qərarından görünür ki, İddiaçı barəsəində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 4(106)113/2020-ci il tarixli qararından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli, 4(073)-44/2021 nömrəli qərararından görünür ki, İddiaçı həbsdə saxlama müddəti 3 ay müddətinə - 27 may 2021-ci il tarixədək uzadılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 4(l06)22/2021 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 4(073)-121/2021 nömrəli qərarından görünür ki, İddiaçı həbsdə saxlma müddəti bir ay müddətinə - 27 iyun 2021-ci il tarixə qədər uzadılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, 4(106)-43/2021 qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 4(073)-153/2021 nömrəli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddəti 2 ay müddətinə - 27 avqust 2021-ci il tarixə qədər uzadılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 4(106)-52/2021 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilməmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun barəsində 27 avqust 2021-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal həbsdən azad edilmişdir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(099)- 20/2022 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbayacn Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cəzasını çəkməsinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, l(106)- 356/2022 nömrəli hökmündən görünür ki, İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, l(102)- 793/2023 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə pretenziya məktubundan görünür ki, idddiaçı cavabdehdən mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat, maddi zərərə görə 87.480 (səksən yeddi min dörd yüz səksən) manat pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşdə olan Cəlilabad rayon sakinləri olan müxtəlif şəxslər tərəfindən verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, İddiaçı özünə məxsus olan “Vaz-21074” markalı avtomobillə 2012-ci ildən 2020-ci ilin oktyabr ayının 27-dək onları (Cəlilabad rayon sakinlərini) mütəmadi olaraq Cəlilabad rayonundan Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Daş Karxanasına hər gün 4 nəfər sərnişin olmaqla aparmış və oradan 4 nəfər sərnişini Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata aparmış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər aparıb 4 nəfər geri gətirməklə gündə 120 manat qazanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirmişdir ki, iddiaçını xeyli müddətdir ki tanıyır, o (şahid) və iddiaçı taksi fəaliyyəti ilə məşğul olurlar. Uzun müddətdir ki, gediş haqqı bir adam üçün 15 manatdır və onlar hər gün səhər Bakının Qaradağ rayonunda yerləşən daş karxanasına bəlli müştəriləri aparırlar və axşam da gətirirlər. Gündəlik qazancları 120 manat təşkil edir. Məhkəmə iclasında dindirilmiş digər şahidlər X7 və X5 da eyni məzmunlu ifadə vermişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində 17 ay 8 gün müddətində həbsdə (518 gün x120 manata = 62160 manat) və 6 ay 21 gün ev dustaqlığında (201 gün x120 manata = 24120 manat) olduğundan 86280 (səksən altı min iki yüz səksən) manat qazancdan məhrum olmaqla ona maddi zərər dəymişdir. Təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində iddiaçıya həmçinin mənəvi zərər dəymişdir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlət daxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqların bərabər, heç bir ayrı-seçkilik qoyulmadan təmin edilməsi dövlətin vəzifəsidir. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 3-cü maddəsində göstərilir ki, hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 56.0.2 və 56.0.3-cü maddələrinə əsasən bu Məcəllənin 39.1.1, 39,1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam veriılmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna maikdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyrimaddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq, doğma və yaxınların itirilməsi, həmin şəxslərin ağrı və əzablar çəkməsi, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. İstər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması göstərilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə məhkəmə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bır sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi-ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, ailə qurmaq hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. Həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Komq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə", “Ariko İtaliyaya qarşı" işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Yonq, Ceyms və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəranna əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavbdehin təqsiri, əmlak vəziyyəti və s. vacib hallann nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 87.6.14, 89.4.12-ci və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad etmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, “qurbanlar” dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adına mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının təmin edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yardılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və steresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya həbsdə qaldığı müddət üçün dəymiş mənəvi zərərin əvəzi olaraq hər ay 1000 (min) manat, ev dustaqlığında qaldığı müddət üçün dəymiş mənəvi zərərin əvəzi olaraq isə hər ay 500 (beş yüz) manat kompensasiyanın verilməsi ədalətlidir və onun 17 ay 8 gün həbsdə, 6 ay 21 gün ev dustaqlığında olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, ona dəymiş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 20500 (iyirmi min beş yüz) manat ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında“ Qanunun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçıya dəymiş maddi zərərə görə 86 280 (səksən altı min iki yüz səksən) manat, mənəvi zərərə görə 20500 (iyirmi min beş yüz) manat, cəmi 106780 (bir yüz altı min yeddi yüz səksən) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar