Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-853/2025 11.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanmış MŞM/MT036/2024-01100 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh ilə 16 iyun 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində 238 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, 19 may 2010-cu il təvəllüdlü X2, 26 yanvar 2013-cü il təvəllüdlü X3 və 21 yaıvar 2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanması və uşaqların saxlanılması üçün hər bir uşaq üçün 110 manat müəyyən olmaqla cəmi 330 manat məbləğdə alimentin Ərizəçi qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, maraqlı şəxs Cavabdeh ilə aralarında ünvan əşkilatında bağlanmış 27 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-01100 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə aralarında 16 iyun 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində 238 saylı qeydlə nikah bağlanmışlar. Həmin nikahdan uşaqları 19 may 2010-cu il təvəllüdlü X5, 26 yanvar 2013-cü il təvəllüdlü X6 və 21 yanvar 2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh ilə aralarında olan nikah münasibətləri kəskin şəkildə pozulduğundan 27 dekabr 2024-cü il tarixdə ünvan əşkilatında aralarında saziş bağlanmışdır. Sazişə əsasən, Cavabdeh ilə 16 iyun 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində 238 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında barışıq sazişi üçün əlavə vaxt verilmədən pozulmasına razı olmuşlar, 19 may 2010-cu il təvəllüdlü X2, 26 yanvar 2013-cü il təvəllüdlü X3 və 21 yanvar 2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün hər ay 110 manat müəyyən olunmaqla, Cavabdeh 2025-ci ilin yanvar ayının 25-dən 28-dək olan müddət ərzində və gələn hər növbəti ayın 25 dən 28-dək olan müddət ərzində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğdə alimenti Ərizəçi poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdələrinə götürmüşlər. Lakin, saziş bağlandıqdan bir müddət sonra Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 579649 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Cavabdeh nikahlarını 16 iyun 2010-cu il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 238 saylı qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 03/12 nömrəli doğum haqqında arayışdan görünür ki, X5 19 may 2010-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası Ərizəçidır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 03/12 nömrəli doğum haqqında arayışdan görünür ki, X6 26 yanvar 2013-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası Ərizəçidır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 03/12 nömrəli doğum haqqında arayışdan görünür ki, X7 21 yaıvar 2021-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası Ərizəçidır. İşdə olan 27 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-01100 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Cavabdeh ilə nikahın pozulması və aliment mübahisəsinə ünvan əşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Cavabdeh ilə aralarında 16 iyun 2010-cu il tarixdə, 238 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razılaşmışlar, tərəflərin birgə nikahından doğulmuş 19 may 2010-cu il təvəllüdlü X2, 26 yanvar 2013-cü il təvəllüdlü X3 və 21 yaıvar 2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanılmasına razılaşmışlar, ikinci tərəf Cavabdeh 19 may 2010-cu il təvəllüdlü X2, 26 yanvar 2013-cü il təvəllüdlü X3 və 21 yaıvar 2021-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 2025-ci ilin yanvar ayının 25-dən 28-dək olan müddət ərzində və gələn hər növbəti ayın 25 dən 28-dək olan müddət ərzində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğdə alimenti Ərizəçi poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Cavabdeh ilə 16 iyun 2010cu il tarixdə rəsmi ailə qurmuşlar. Onların birgə nikahından uşaqları 19 may 2010-cu il təvəllüdlü X5, 26 yanvar 2013-cü il təvəllüdlü X6 və 21 yaıvar 2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda ərizəçi azyaşlı uşaqları ilə birlikdə yaşayır. Rahət Babayev könüllü olaraq uşaqların saxlanmasında iddiaçıya kömək etmədiyindən, ərizəçi nikahın pozulması və alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 27 dekabr 2024-cü il tarixdə Ərizəçi maraqlı şəxs Cavabdeh ilə ünvan əşkilatında mediasiya prosesində MŞM/MT036/2024-01100 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh uşaqlarının saxlanılması üçün hər ay bir uşağa görə 110 manat olmaqla, üç uşağa görə cəmi 330 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək maraqlı şəxs Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-c il üzrə hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, 27 dekabr 2024-cü ildən alimentin tutulmasına başlayaraq Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının 0,32 misli həddində (345x0,32=110,4 manat) sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında ünvan əşkilatında bağlanmış 27 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-01100 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 2024-cü il tarixdən başlayaraq, 19 may 2010-cu il təvəllüdlü X2, 26 yanvar 2013cü il təvəllüdlü X3 və 21 yaıvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında ünvan əşkilatında bağlanmış 27 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-01100 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 27 dekabr 2024-cü il tarixdən başlayaraq, 19 may 2010-cu il təvəllüdlü X2, 26 yanvar 2013-cü il təvəllüdlü X3 və 21 yaıvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-853/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-853/2025
11.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver