Məhkəmə qərarları › İş №2(073)-86/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-86/2025

11.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-86/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, torpağın qaytarılması və 10000 manat əldən çıxmış fayda tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, torpağın qaytarılması və 10000 manat əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********44-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Cəlilabad rayonu Ocaqlı (yeni qaydalarla Ocağlı kəndi Əliağa Vahid küçəsi, giriş 19) kəndində yerləşən 0.2313 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış faydanın əvəzi olaraq 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1960-cı il tarixində Cəlilabad rayonu Ocaqlı kəndində doğulmuşdur. Uzun illərdir ki, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad rayonu Ocaqlı (yeni qaydalarla Ocağlı kəndi Əliağa Vahid küçəsi, giriş 19) kəndində yerləşən 0,2313 ha həyətyanı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və bu barədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsində yerləşən onlara məxsus fərdi yaşayış evi vardır və yaşayış evi iddiaçının və ailə üzvlərinin mülkiyyətlərindədir. Cavabdeh iddiaçının yaxın qohumu, yəni qardaşıdır. Cavabdeh iddiaçı ilə həmkəndli olmaqla birlikdə qonşuluqda yaşayır. Cavabdeh iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan həmin həyətyanı torpaq sahəsini uzun illərdir zəbt edərək orada əkin işləri aparır. Cavabdeh iddiaçının qardaşı olduğundan bu günə kimi onun qanunsuz əməllərinə dözmüşdür. Hər dəfə ona hörmətlə torpaq sahəsindən çıxmasına dair xəbərdarlıq etmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsindən çıxması və torpağın ona qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz əməllərinə görə onların mülkiyyət hüquqları pozulmuşdur və iddiaçıya əldən çıxmış fayda şəklində zərər dəymişdir. Belə ki, 25 ildən artıq müddətdir ki, cavabdeh həmin torpaq sahəsindən istifadə etməklə orada buğda məhsulu əkməklə gəlir əldə edir. Bu müddət ərzində torpaq sahəsindən özü istifadə edib torpağı əkib-becərmiş olsaydı ən azı 10000 manat fayda əldə edəcəkdi ki, cavabdehin qanunsuz əməlləri nəticəsində həmin faydadan məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsində heç nə əkməyib. Atasından miras qalmış torpaq sahəsi var, o (cavabdeh) da atasının varisidir. İddiaçının torğağını zəbt etməyib. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə da iddianı etiraf etməmiş, cavabdehin iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etmədiyini bildirmiş, habelə ekspert rəyində “Ceyhun” adlı şəxsin göstərildiyini qeyd edərək təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin əvvəlki məhkəmə iclaslarında verikdləri izahatları nəzərə alıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********44-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Ocaqlı (yeni qaydalarla Ocaqlı kəndi Əliağa Vahid küçəsi, giriş 19) kəndində yerləşən 0,2313 ha torpaq sahəsində yerləşən 117.9 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı, X2, X5, X1, X3 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/853 saylı rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən **********44-10301 reyestr nömrəli çıxarışla İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsindən 1181 kv.metr (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) hissənin Cavabdeh faktiki istifadəsində olduğu, mübahisələndirilən həyətyanı torpaq sahəsi hissəsində hər hansı tikilinin mövcud olmadığı və əkin işlərinin aparılmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə müəyyən edilmişdir ki, **********44-10301 reyestr nömrəli çıxarışla İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsinin 0.1181 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olan 0.4460 ha həyətyanı torpaq sahəsi hüdüdları daxilində (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsini zəbtdən azad etməkdən imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ekspert rəyinin nəticə hissəsində bir yerdə cavabdehin adının yanlışlıqla “Cəbrayıl” əvəzinə “Ceyhun” kimi qeyd olunması və bu halı cavabdehin vəkilinin mübahisələndirirək təkrar ekspertiza keçirilməsi barədə xahişi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən “Ceyhun” adlı şəxs ilə “Cəbrayıl” adlı şəxsin eyni şəxs olması ekspert rəyinin və mütəxəssis rəyinin məzmunu, habelə iddiaçının verdiyi izahat ilə təsdiqini taparaq mübahisələndirilməyən haldır. Bu əsasla yenidən ekspertiza keçirilməsi isə prosessual qənaət prinsipinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddianın 10 000 (on min) manat əldən çıxmış fayda tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin əldən çıxmış faydanın konkret olaraq nədən ibarət olması və faydanın məbləği ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdehə aid edilməli, habelə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********44-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsinin zəbt etdiyi 0.1181 ha (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) hissəsindən çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ölənilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar