Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-9/2024 27.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi İddiaçı, Cavabdeh1, Cavabdeh Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən tutulmuş ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolun açılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən tutulmuş ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Cəfərxanlı kənd bələdiyyə şurasının 30 aprel 2004cü il tarixli, 04 saylı iclas protokolundan çıxarışa əsasən, Cəfərxanlı kənd bələdiyyəsinin prespektiv inkişafı üçün ayrılmış torpaqlardan 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçı X1. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyir, lakin iddiaçının həmin torpaq sahəsinə gedən yol cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən də iddiaçı evin inşasına başlamaq üçün tikinti materiallarını həmin torpaq sahəsinə apara bilmədiyi üçün evin inşasına başlaya bilmir. İddiaçı tərəfindən cavabdehlərə bir neçə dəfə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunu açmamışlar. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsinin 29 avqust 2005-ci il tarixli, 08 saylı qərarı ilə Cəfərxanlı bələdiyyəsinin perspektiv inkişafı üçün ayrılmış torpaqlardan 0,12 hekatar həyətyanı torpaq sahəsi ayrılaraq ona verilmişdir. Həmin torpaq sahəsinin ona ayrılması barədə bələdiyyə tərəfindən onun adına torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi, həmin torpağın alqı-satqısına dair akt, təhkim aktı və sxemi tərtib olunmuşdur. Cəlilabad rayonu Cəfərxanlı kəndində iddiaçı X12 ilə qonşu olsa da, iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunu tutmamışdır. Ümumiyyətlə Cəfərxanlı kəndinin yerquruluşu xəritəsində iddiaçı Həşim Həşimovun həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmayıb və hazırda iddiaçının gediş-gəliş yolu kimi nəzərdə tutduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir, iddiaçıya heç bir aidiyyatı yoxdur. O, öz istifadəsində olan həyətyanı torpaq sahəsindən istifadə edir və iddianı əsassız hesab edir. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinin nümayəndəsi X10 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Üçtəpə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Cəlilabad rayon Cəfərxanlı kənd bələdiyyə şurasının 30 aprel 2004-cü il tarixli, 04 saylı iclas protokolundan çıxarışa əsasən, Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqında alqı-satqı müqaviləsi ilə Cəfərxanlı kənd bələdiyyəsinin prespektiv inkişafı üçün ayrılmış torpaqlardan 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçı X1. Lakin iddiaçının tələb etdiyi, yəni gediş-gəliş yolu kimi nəzərdə tutduğu torpaq sahəsi Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və iddiaçıya heç bir aidiyyatı yoxdur. Bu səbəbdən də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cəlilabad rayon Cəfərxanlı kənd bələdiyyə şurasının 30 aprel 2004-cü il tarixli, 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cəlilabad rayon Cəfərxanlı kənd bələdiyyəsi tərəfindən X9 0,10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarına Cəlilabad rayon Cəfərxanlı kənd bələdiyyəsi ilə X12 arasaında bağlanmış 30 aprel 2004-cü il tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqında alqı-satqı müqaviləsindən görünür ki, X2 rayon Cəfərxanlı kənd bələdiyyəsindən 1000 kv.m həyətyanı torpaq sahəsi almışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********08 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Cəfərxanlı kəndində X6 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cəlilabad rayonu Cəfərxanlı Bələdiyyəsinin mülkiyyətindəki (uzunluğu 40 metr, eni 30 metr) 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 satılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)-94/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə, iddianın cavabdehlər X11, X9 və Cəlilabad rayon bələdiyyəsinə münasibətdə əsassız olduğundan təmin edilməməsi, cavabdeh X13 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 149 kv.metrindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa edilmiş 40 metr uzunluğunda hasarın və 52 kv.metr ölçüdə olan tikilinin cavabdeh X7 vəsaiti hesabına sökülməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2022ci il tarixli, 2(102)-3598/2022 saylı qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-191/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/5523 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, **********08 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən iddiaçı X6 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, **********08 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən iddiaçı X6 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində X6 faktiki istifadəsində olan 0,0186 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin gediş-gəliş yolu kimi verilməsi Üçtəpə bələdiyyəsinin səlahiyyətləri daxilindədir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(073)-24/2023 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4354 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarında **********08 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən iddiaçı X6 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində olan 0,0186 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi hal-hazırda Cavabdeh1 fiziki sərhədləri daxilində faktiki istifadəsində olduğu müəyyən edildi. Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçının iddia etdiyi bələdiyyə mülkiyyətinə aid olan 0,0186 ha torpaq sahəsində yerləşmir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarında **********08 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən iddiaçı X6 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin cənub-qərb istiqamətindən 1,4 metr, cənub-şərq istiqamətindən 1,2 metr məsafədə yerləşən (uzunluğu 41,78 m və 41,95 m; eni 5,48 m və 3,0 m) 0,0186 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin gediş-gəliş yolu kimi verilməsi Üçtəpə bələdiyyəsinin səlahiyyətləri daxilindədir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisi X4 verdiyi izahatında bildirdi ki, iddiaçı X6 yol kimi tələb etdiyi torpaq sahəsi Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarında **********08 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən iddiaçı X6 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin cənub-qərb istiqamətindən 1,4 metr, cənub-şərq istiqamətindən 1,2 metr məsafədə yerləşən (uzunluğu 41,78 m və 41,95 m; eni 5,48 m və 3,0 m) 0,0186 ha bələdiyyə mülkiyyətinə aid həmin mübahisəli torpaq sahəsinin gediş-gəliş yolu kimi verilməsi Üçtəpə bələdiyyəsinin səlahiyyətləri daxilindədir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti yerquruluşu planında öz əksini tapmışdır. Həmin mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı X6 ona məxsus həyətyanı torpaq sahəsinə gedən yol kimi nəzərində tutub iddia etdiyi torpaq sahəsi, əslində Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və həmin torpaq sahəsinin yol kimi verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə iclasında mübahisəli torpaq sahəsinin yol kimi verilməsi və cavabdehlər tərəfindən tutulması sübut edilmədi. Ona görə də, iddiaçı X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən tutulmuş ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolun açılması tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən tutulmuş ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizasına görə iddiaçı X5 50 manat və 100 manat olmaqla, cəmi 150 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış hər iki mütəxəssis mütəxəssis rəyinin verilməsinə görə iddiaçı X12 tərəfindən ödənilmiş cəmi 190 manat, iddia təmin edilmədiyindən iddiaçı X9 aid edilməlidir. İş üzrə iddiaçı X12 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu, iddia təmin edilmədiyindən iddiaçı X9 aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən tutulmuş ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş iki məhkəmə tikinti-texniki ekspertizasına görə iddiaçı X5 50 (əlli) manat və 100 (bir yüz) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış iki mütəxəssis rəyinin verilməsinə görə iddiaçı X12 tərəfindən ödənilmiş cəmi 190 (bir yüz doxsan) manat iddiaçı X9 aid edilsin. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı X12 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-9/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-9/2024
27.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver