Məhkəmə qərarları › İş №2(073)-926/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-926/2024

20.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-926/2024 20.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cəlilabad bələdiyyəsinə qarşı X1, Cavabdeh2 və digərlərinin ona məxsus Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında (Heydər Əliyev prospekti ilə kəsişmədə) yerləşən kommersiya obyektindən çıxarılması və obyektinin tam boşaldılıb ona qaytarılması, 2010-cu ildən mülkiyyətində olan Cəlilabad şəhəri, A.Bakıxanov 47 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə daxil edilmiş və hazırki vaxta qədər Cəlilabad bələdiyyəsi və Əmlak Komitəsi tərəfindən heç bir irad bildirilmədən istifadəsində olan və qanuni şəkildə 2011-ci ildə üzərində kommersiya obyekti inşa etdirdiyi, məlumatsızlığı üzündən zəbt etdiyi, Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 425 kvadrat metr torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Torpaq bazarı haqqında” AR Qanunları və “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanı əsasında qanunauyğun şəkildə ona satması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulması, Cəlilabad bələdiyyəsinin Cəlilabad şəhər sakini olmayan, Cəlilabad şəhərində heç bir mülkiyyət sahibi olmayan Cavabdeh2 verdiyi, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, 665 nömrəli saxta arayışının (Arayış FHN-nə verilməsi üçün tərtib edilmiş) və digər aidiyyati sənədlərin etibarsız olması, X4, Cavabdeh2 və X5 ona məxsus sözügedən kommersiya obyektinə vurduqları fiziki xətanın aradan qaldırmaları üçün müvafiq qanunauyğun tədbir görülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cəlilabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, Cavabdeh2 və digərlərinin ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus kommersiya obyektindən çıxarılması və kommersiya obyektinin tam boşaldılması, Cəlilabad bələdiyyəsinin Cavabdeh2 adına verdiyi əsası olmayan saxta arayışın etibarsızlığı, Cavabdeh2 FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin adından istifadə edib əldə etdiyi saxta arayışın etibarsız hesab edilməsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Cəlilabad bələdiyyəsinin, Cavabdeh2 və başqalarının saxtakarlıq üzərində qurulan hərəkətlərinə, o cümlədən AR Prezidentinin hümanist xarakterli xx.xx.2023-cü il tarixli, 2181 saylı sərəncamından öz şəxsi maraqları üçün istifadə edən şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi və məhkəmə işinin məhkəmə istintaqı prinsipi əsasında aparılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, X1, Cavabdeh2 və digərlərinin ona məxsus Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında (Heydər Əliyev prospekti ilə kəsişmədə) yerləşən kommersiya obyektindən çıxarılması və obyektinin tam boşaldılıb ona qaytarılması, 2010-cu ildən mülkiyyətində olan Cəlilabad şəhəri, A.Bakıxanov 47 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə daxil edilmiş və hazırki vaxta qədər Cəlilabad bələdiyyəsi və Əmlak Komitəsi tərəfindən heç bir irad bildirilmədən istifadəsində olan və qanuni şəkildə 2011-ci ildə üzərində kommersiya obyekti inşa etdirdiyi, məlumatsızlığı üzündən zəbt etdiyi, Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 425 kvadrat metr torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Torpaq bazarı haqqında” AR Qanunları və “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanı əsasında qanunauyğun şəkildə ona satması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulması, Cəlilabad bələdiyyəsinin Cəlilabad şəhər sakini olmayan, Cəlilabad şəhərində heç bir mülkiyyət sahibi olmayan Cavabdeh2 verdiyi, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, 665 nömrəli saxta arayışının (Arayış FHN-nə verilməsi üçün tərtib edilmiş) və digər aidiyyati sənədlərin etibarsız olması, X4, Cavabdeh2 və X5 ona məxsus sözügedən kommersiya obyektinə vurduqları fiziki xətanın aradan qaldırmaları üçün müvafiq qanunauyğun tədbir görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2010-cu ildə Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında öz vəsaiti ilə ev almışdır. Həmin vaxtlar cavabdehin, həmçinin iddiaçının qardaşı X11 evini satdığı üçün, iddiaçıdan xahiş etmiş ki, “sənin evində qalım”. İddiaçı da bacı kimi buna etiraz etməmişdir. Bu əsasla Asif Ağayev xx.xx.2023-cü ilə qədər cavabdehin evində yaşamış və evdən çıxmamaq üçün hər cür qeyri-etik, qeyri-qanuni amillərə əl atmışdır. Cəlilabad Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(073)- 1161/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər X8 və X3 uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilmişdir. Lakin cavabdehlər X4, Cavabdeh2 və Cəlilabad bələdiyyəsi saxtakarlığa əl ataraq, iddiaçıya məxsus Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında yerləşən kommersiya obyektini ələ keçirmişlər. 2010-cu ildən iddiaçının mülkiyyətində olan Cəlilabad şəhəri, A.Bakıxanov 47 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə daxil edilmiş və hazırki vaxta qədər Cəlilabad bələdiyyəsi və Əmlak Komitəsi tərəfindən heç bir irad bildirilmədən iddiaçının istifadəsində olan və qanuni şəkildə 2011-ci ildə üzərində kommersiya obyekti inşa etdirdiyi və məlumatsızlığ üzündən zəbt edilmiş, Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 425 kvadrat metr torpaq sahəsini qanunauyğun şəkildə iddiaçıya satması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulmalıdır. Cəlilabad bələdiyyəsi tərəfindən Cəlilabad şəhər sakini olmayan, Cəlilabad şəhərində heç bir mülkiyyət sahibi olmayan Cavabdeh2 verilən, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, 665 nömrəli saxta arayış və digər aidiyyati sənədlər etibarsız hesab edilməli, X4, Cavabdeh2 və X5 iddiaçıya məxsus sözügedən kommersiya obyektinə vurduqları fiziki xətanın aradan qaldırmaları üçün müvafiq qanunauyğun tədbir görülməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı iddia etdiyi mağaza əslində ünvan 4 ünvanında yerləşir və Bələdiyyəyə müraciəti əsasında şəxsən onun tərəfindən əvvəlki vaxtlarda tikdirdiyi mağazanın yerləşdiyi torpaq sahəsinin bələdiyyə özgəninkiləşdirilməsi prosedurasına başlamışdır. İddiaçı iddiası əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 2011-ci il tarixli, 104 saylı sərəncamından görünür ki, ərazinin şəhərin tikinti planına uyğun olması nəzərə alınaraq, Dövlət şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıldıqdan və dövlət ekspertizasından müsbət rəy alındıqdan sonra lisenziyalı təşkilat tərəfindən hazırlanmış layihə əsasında İddiaçı məxsus həyətyanı torpaq sahəsinin bir hissəsində kommersiya obyekti inşa etməsinə icazə verilmişdir. İşdə olan 01 avqust 2021-ci il tarixli, 21 saylı icarə müqaviləsindən görünür ki, Ağayeva X7 şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında yerləşən 15000 manat dəyərində, 30 kv.m. ibarət 1 mərtəbəli pərakəndə ticarət obyektini X2 hər ay 50 manat ödəmək şərti ilə 5 il müddətinə icarəyə vermişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(073)- 1161/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə, cavabdehlər X8 və X3 uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(073)-1161/2018 saylı qətnaməsinin icrası təmin edilərək, borclular X11 və X6 uşaqları ilə birlikdə tələbkar İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, icra sənədində göstərilən fərdi yaşayış evi və 6 sot torpaq sahəsi tələbkarın nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Tələbkarın nümayəndəsinin tələb etdiyi qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kordinatları GPS aləti vasitəsi ilə müəyyən edilməklə, tələbkarın nümayəndəsinə aydın şəkildə izah edildi və qeyri yaşayış binasının sahəsinin kordinatları fərdi yaşayış evinin 6.0 sot torpaq sahəsinə düşmədi. İşdə olan Cəlilabad bələdiyyəsi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli, 665 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 Cəlilabad şəhəri H.Əliyev prospekti ünvanda istifadəsində olan qeyri yaşayış binasının tikintisi üçün nəzərdə tutulan 0,180 ha torpaq sahəsinin 425 kv.m-də avtomobil ehtiyyat hissələri dükanı fəaliyyət göstərir. İşdə olan Cəlilabad bələdiyyəsi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 144 saylı arayışdan görünür ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti məqsədilə istifadəsində olan 0,04 ha torpaq sahəsinin sənədləşdirilməsi barədə 05 avqust 2022-ci il tarixli müraciəti Cəlilabad bələdiyyəsində qeydiyyata alınmış və 10 avqust 2022-ci il tarixli, 22 saylı iclas qərarında baxılaraq ilkin sənədləşmə işlərinə başlanılmışdır. İşdə olan Cəlilabad bələdiyyəsinin 10 avqust 2022-ci il tarixli iclas protokolunun 22 saylı qərarından çıxarışdan görünür ki, Cəlilabad bələdiyyəsinin ərazisindən 500 kv.m alqısatqı predmeti olan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, bələdiyyənin satış məqsədilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən çıxarışın, eləcə də hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarından da görünür ki, iddiaçının tələbi Cavabdeh2 istifadəsində olan və üzərində qeyri yaşayış tikilisi olan torpaq sahəsinin ona satılması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulması, ona satması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulması, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, 665 nömrəli saxta arayışının (Arayış FHN-nə verilməsi üçün tərtib edilmiş) və digər aidiyyati sənədlərin etibarsız olması tələbi ilə bağlı inzibati mübahisədir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddiaçının tələbi Cavabdeh2 istifadəsində olan və üzərində qeyri yaşayış tikilisi olan torpaq sahəsinin ona satılması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulması, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, 665 nömrəli saxta arayışının (Arayış FHN-nə verilməsi üçün tərtib edilmiş) və digər aidiyyati sənədlərin etibarsız olması tələbi ilə bağlı inzibati münasibətlərdən irəli gələn inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Həmçinin, X1, Cavabdeh2 və digərlərinin ona məxsus Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında (Heydər Əliyev prospekti ilə kəsişmədə) yerləşən kommersiya obyektindən çıxarılması və obyektinin tam boşaldılıb ona qaytarılması, cavabdehlərin kommersiya obyektinə vurduğu ziyanın aradan qaldırılması tələblərinin kökündə inzibati mübahisə mövcuddur və tərəflərin arasında olan yuxarıda qeyd olunan inzibati mübahisələrin nəticəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarının 17-ci bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisədir. Ona görə də hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cəlilabad bələdiyyəsinə qarşı X1, Cavabdeh2 və digərlərinin ona məxsus Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 47 ünvanında (Heydər Əliyev prospekti ilə kəsişmədə) yerləşən kommersiya obyektindən çıxarılması və obyektinin tam boşaldılıb ona qaytarılması, 2010-cu ildən mülkiyyətində olan Cəlilabad şəhəri, A.Bakıxanov 47 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə daxil edilmiş və hazırki vaxta qədər Cəlilabad bələdiyyəsi və Əmlak Komitəsi tərəfindən heç bir irad bildirilmədən istifadəsində olan və qanuni şəkildə 2011-ci ildə üzərində kommersiya obyekti inşa etdirdiyi, məlumatsızlığı üzündən zəbt etdiyi, Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 425 kvadrat metr torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Torpaq bazarı haqqında” AR Qanunları və “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanı əsasında qanunauyğun şəkildə ona satması vəzifəsinin Cəlilabad bələdiyyəsinin üzərinə qoyulması, Cəlilabad bələdiyyəsinin Cəlilabad şəhər sakini olmayan, Cəlilabad şəhərində heç bir mülkiyyət sahibi olmayan Cavabdeh2 verdiyi, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, 665 nömrəli saxta arayışının (Arayış FHN-nə verilməsi üçün tərtib edilmiş) və digər aidiyyati sənədlərin etibarsız olması, X4, Cavabdeh2 və X5 ona məxsus sözügedən kommersiya obyektinə vurduqları fiziki xətanın aradan qaldırmaları üçün müvafiq qanunauyğun tədbir görülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar