Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1016/2024 12.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989cu il tarixdə Şamaxı rayonunda doğulmuş qızı X3 xx.xx.2010-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı xx.xx.1989-cu il təvəllüdlü X1 xəstəliyi olduğu üçün xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onu Şamaxı rayon Yeddi Gümbəz qəbirstanlığında dəfn etmişlər. Onun vəfat etməsi çox pis təsir göstərmişdir. Uzun müddət özünə gələ bilməmişdir. Başı onun yas mərasiminə qarışdığından, ölüm haqqında şəhadətnamə almamışdır. Həmin şəhadətnamənin əldə edilmə müddəti də ötürülmüşdür. Bu yaxınlarda zərurətlə bağlı ölüm haqqında şəhadətnaməsini istəmişlər və aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etdikdə, Xuramanın ölümü haqqında akt qeydinin verilməsindən imtina edilmişdir. Daha sonra, Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdə, orada da, vaxtında Şamaxı RMX-na müraciət etmədiyi üçün, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi Vəsilə ilə qonşudur. Həqiqətən də, Vəsilənin qızı Xuraman 25 may 2010-cu il tarixdə Şamaxı şəhərində vəfat etmiş və onu Yeddi gümbəz qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib göstərdi ki, Ərizəçi ilə qonşudur. Həqiqətən də, Vəsilənin qızı Xuraman 2010-cu ildə vəfat edib, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şamaxı Rayon X7 Hüquqi şəxsin 06 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, 13 sentyabr 1989-cu il təvəllüdlü X6 25 may 2010-cu il tarixdə vəfat etmişdir. Şamaxı RMXna müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, X4 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 13 sentyabr 1989-cu il tarixdə Şamaxı rayonunda doğulmuş X4 25 may 2010-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq olunduğundan, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 13 sentyabr 1989-cu il tarixdə Şamaxı rayonunda doğulmuş X4 25 may 2010-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1016/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1016/2024
12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver