Məhkəmə qərarları › İş №2(074)-1016/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1016/2025

23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1016/2025 23.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00505 saylı barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin 03 mart 2013-cü il təvəllüdlü X3 və 20 avqust 2016-cı il təvəllüdlü X4 adlı ümumi uşaqları vardır. Tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin sazişin şərtlərinə görə, Maraqlı şəxs övladları X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəməklə bağlı öhdəlik götürmüşdür. Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 03 mart 2013-cü il təvəllüdlü X1 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanmasına görə hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3139/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Maraqlı şəxs 03 mart 2013-cü il təvəllüdlü X1 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4714/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin qeyd edilən qətnamədən vermiş olduğu apeılyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(008)-3139/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Meyvalı oğluna qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: işdə olan tərəflər arasında mediasiya prosesində bağlanmış MŞB/8/2024-00505 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs Meyvalı oğlu birgə nikahdan dünyaya gələn övladları 03 mart 2013-cü il təvəllüdlü X1 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Belə olan halda, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi cavabdeh tərəfindən könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, iddiaçı hazırkı iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-658/2025 saylı qəran ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və Maraqlı şəxs Meyvalı oğlu tərəfindən imzalanmışdır. Lakin Maraqlı şəxs Meyvalı oğlu üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu günədək alimenti ödəməkdən yayınmaqdadır. Dəfələrlə ödənişin edilməsi üçün telefon vasitəsilə, qohum və tanışların söyləməsi ilə Maraqlı şəxs Meyvalı oğluna məlumat verilmişdir. Beləliklə, aliment üzrə ödəniş edilmədiyinə görə hazırda ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, barışıq sazişində aliment məbləğinin ödənilməsi üçün müddət müəyyən edilmiş, lakin maraqlı şəxs qeyd edilən müddət ərzində alimentin ödənilməsi üçün heç bir addım atmamış, ödəməni etməmişdir. Ona görə də hesab edir ki, barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs aliment ödənişini etmir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi sazişi imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs Meyvalı oğlu ilə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə № 120 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs Meyvalı oğlu ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs Meyvalı oğlu ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs Meyvalı oğlunun ona xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs Meyvalı oğlu bu sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə № 120 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf Maraqlı şəxs Meyvalı oğlu birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 birinci tərəf (anası) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır. İkinci tərəf Maraqlı şəxs Meyvalı oğlu birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər ay birinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs Meyvalı oğlu bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. İş materiallarında olan AZ-T № 250966 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 03 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan AZ-T № 261095 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 20 avqust 2016-cı il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə 07 mart 2024-cü il tarixindan başlayaraq hər növbəti ayın 10-dək Maraqlı şəxs 03 mart 2013-cü il təvəllüdlü X1 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsi təsdiq edilsin. 03 mart 2013-cü il təvəllüdlü X1 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 mart 2024-cü tarixindan etibarən hər növbəti ayın 10-nadək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar