Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1026/2023 19.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim X1 Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs - Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin rəisi X3 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı - xx.xx.1956-cı il təvəllüdlü X11 xx.xx.2023cü il tarixdə Bakı şəhərində, Müşfiqabad qəsəbəsində vəfat etmiş və Şamaxı rayonunun Göylər kənd qəbirstanlığında dəfn olunmuşdur. Bacısının ölüm şəhadətnaməsini vaxtında ala bilməmişdir. Hazırda vərəsəlik məsələri ilə bağlı mərhum bacısının ölüm şəhadətnaməsi tələb olunur. Ona görə də, Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, vaxtında bacısının ölüm faktı qeydiyyatdan keçmədiyindən, şəhadətnamənin verilməsi mümkün deyil və məhkəməyə müraciət etmədir. Ona görə də, mərhum bacısının ölüm faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin rəisi X6 ölüm faktının müəyyən olunması barədə verilmiş ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X4 Ərizəçi bacısı X5 həqiqətən də, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində, Müşfiqabad qəsəbəsində ölməsini və Şamaxı rayonu, Göylər kənd qəbrstanlığında dəfn edilməsini təsdiq etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1956-cı ildə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3165/8-15-658/2023 saylı məktubunda göstərilir ki, X5 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin Qaradağ rayonu 13 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 253 saylı məktubunda göstərilir ki, ünvan 1 ünvanında yaşamış 1956-cı il təvəllüdlü X7 13 nömrəli Şəhər Poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə (forma AZS-106 saylı) verilməsindən imtina edilmişdir. Eyni zamanda, iş materiallarında olan Təcili və X12 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində X11 adlı qadın cinsli meyit aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1956-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1026/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1026/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver