Məhkəmə qərarları › İş №2(074)-1041/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1041/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1041/2021 14.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1974-cü ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş qardaşı X6 27 sentyabr 1991-ci il tarixdə Quşçu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası və anası hər ikisi vəfat etmişlər. Onlardan torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə vərəsəlik açdırmaq istəyir. Lakin qardaşı Altayın ölümü barədə şəhadətnamə olmadığından vərəsəlik şəhadətnaməsi ala bilmir. Onun ölümünü qeyd etdirmək üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada ona bildirilib ki, qeydiyyat üçün müraciət gecikdirildiyindən Qeydiyyat şöbəsində ölüm qeydinin aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. Qardaşı Altay 01 mart 1974-cü ildə Quşçu kəndində anadan olmuşdur. 27 sentyabr 1991-ci il tarixdə Quşçu kəndində xəstəlikdən vəfat etmişdir. Dəfndə qohumlar, qonşular iştirak etmişlər. O, Quşçu kənd qəbristanlığımda dəfn olunmuşdur. Yasa başları qarışdığından qardaşı Altayın ölüm qeydiyyatının aparılması yaddan çıxmışdır. Hazırda onun üstünə daş da salınmışdır. Onun 27 sentyabr 1991-ci il tarixdə ölməsi faktını təsdiq edəcək şahidləri, sənədləri var. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi ilə qonşudur. X10 27 sentyabr 1991-ci il tarixdə xəstəlikdən kənddə vəfat etmişdir. Kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, Quşçu kəndində yaşayır və Ərizəçi ilə qonşudur. Mikayılın qardaşı Altay 1991-ci ildə vəfat etmişdir. Yas və dəfn mərasimində özü iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından olan İİ-ЖГ 378757 saylı doğum haqda şəhadətnamənin surətindən görünür ki, X10 01.03.1974-cü ildə Şamaxı rayonu, Quşçu kəndində doğulmuşdur. X2, anası X4r. İş materiallarından olan AЗ 324230 saylı doğum haqda şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Şamaxı rayonu, Quşçu kəndində doğulmuşdur. X2, anası X4r. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24.08.2021-ci il tarixli 372 nömrəli arayışından görünür ki, mərhum X10 27 sentyabr 1991-cildə vəfat etmiş və Quşçu kənd qəbirstanlığında dəfn olunub. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31.08.2021-ci il tarixli 378 nömrəli arayışından görünür ki, Eminov X7 rayon Quşçu kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 25.06.2021-ci il tarixli 05/Q-538/69 saylı arayışından görünür ki, ölüm haqqında akt qeydi 1989-1993-cü illər Şamaxı rayon qeydiyyat şöbəsi, 1989-1996-cı illər Şamaxı rayon Quşçu kənd icra nümayəndəliyi üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum qardaşı X6 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 27 sentyabr 1991-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 mart 1974-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X6 27 sentyabr 1991-ci il tarixdə Şamaxı rayon Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar