Məhkəmə qərarları › İş №2(074)-1053/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1053/2024

01.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1053/2024 01.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2023-00893 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli MŞS/MT030/2023/00893 saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs ilə aralarında bu bəndlərdən ibarət saziş bağlanmışdır: 1.xx.xx.2017-ci il tarixli 1302 sayli nikah qeydinin tərəflərə barışıq vaxtı verilmədən pozulmasına razılıq barədə; 2.tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı, xx.xx.2018-ci il təvəllüdlü Humay adlı uşaqlarla atası Ərizəçi ilə görüşüb ünsiyyət qurmağa uşaqların anası Ərizəçi tərəfindən maneələrin törədilməməsi barədə; 3.Ərizəçi tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı, xx.xx.2018-ci il təvəllüdlü Humay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 2024-cü ilin iyun ayından başlayaraq hər uşaq uçun 235 manat olmaqla cəmi 470 manat aliment məbləği uşaqların anası Ərizəçi ödənilməsi öhədiliyini götürür. Barışıq sazişindən artıq müəyyən vaxt ötmüşdür. Ərizəçi öhdəliyinə əməl etmir. Alimenti ödəmir. Eyni zamanda da, bildirir ki, aliment ödəməyəcək və çıxıb Rusiyaya gedəcək. Hesab edir ki, Ərizəçi barışıq sazişinin şərtləriini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, barışıq sazişi bağlanandan Maraqlı şəxs tərəfindən heç bir aliment ödənişi edilməmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf birbirinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2017-ci il tarixli 1302 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Mediasiya prosesində birinci tərəf Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 – atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürüb. Mediasiya prosesində ikinci tərəf Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2024-cü ilin iyun ayında başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödəmək barədə öhdəlik götürüb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2024-cü ilin iyun ayında başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə X1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin iyun ayından başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödənilsin. xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3 – atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar