Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1076/2024 16.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1980-ci il təvəllüdlü X6 ölüm faktının müəyyən olunması və müvafiq ölüm akt qeydinin aparılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci ildə Şamaxı şəhərində anadan olmuş X9, xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Yas mərasimində başı qarışdığı üçün həkimdən arayış almağı unudub. Sonradan müraciət üçün gec olub. Oğlu X1 şəhər qəbristanlığında dəfn olunub. X3 idi, ailə həyatı qurmamışdı. Lakin ölüm haqqında şəhadətnamə almaq üçün həkim arayışı təqdim edilmədiyinə görə ölüm haqqında şəhadətnamə ala bilməyiblər. Bu səbəbdən hal-hazırda X6 vəfat etməsi sənədlərlə təsdiq edilmədiyinə görə o, rəsmi olaraq sağ kimi görünür. Ölüm haqqında şəhadətnamənin alınması zərurəti yarandığına görə X6 ölüm faktının müəyyən olunması məhkəmə qaydasında təsdiqini tapmalıdır. X6 ölüm faktını qohum və qonşular da təsdiq edə bilərlər. Ərizəçi nümayəndəsi və vəkili X7 daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X6 xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X7 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verib bildirdi ki, o X6 yas mərasimində iştirak edib. Tarixi dəqiq xatırlamır. Dəfn Şamaxı şəhərində götürülüb. Hər hansı xəstəliyi barədə məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, X6 vəfatı təxmi olaraq 2009-cu ilin aprel ayında olub. X9, onun əmisi oğlu olub. Laləzarlıq qəbristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verib bildirdi ki, X9 atasının əmisi oğlu olub. 2009-cu ilin aprel ayında vəfat edib. Onda olan məlumata görə X9 yataq xəstəsi olub. Laləzarlıq qəbristanlığında dəfn olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-ЖГ № 452987 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1980-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1980-ci il tarixli 28 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-72/2-H-7xx-xx-1397/2024 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X19 arayışından görünür ki, X9, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən xx.xx.2009-cu il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 yanvar 1980-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X6 22 aprel 2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1076/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1076/2024
16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver