Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1084/2021 25.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 may 1938-ci ildə İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olmuş nənəsi X2 29 aprel 2007-ci ildə Şamaxı rayonu Hacılı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi göstərdi ki, nənəsi X4 29 aprel 2007-ci il tarixdə Hacılı kəndində vəıfat etmişdir Ondan miras əmlak torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə vərəsəlik açdırmaq istəyir. Valideynləri də vəfat etmişlər. Notariusda ona bildirildi ki,vərəsəlik açılması üçün nənəsinin ölüm şəhadətnaməsi tələb olunur. Nənəsinin ölüm qeydiyyatı olmadığı üçün və hazırdada bu qeydiyyatın aparılması mümkün olmadığından ona bildirildi ki məhkəməyə müraciət etməlidir. X1 05.05.1938-ci il tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində doğulmuşdur. Onun nə doğum şəhadətnaməsi nə də şəxsiyyət vəsiqəsi olmamışdır. Doğulduğu tarixi nikah şəhadətnaməsindəki qeydlərə əsasən müəyyən etmişlər, 29 aprel 2007-ci il tarixdə Hacılı kəndində vəfat etmiş, qonşu Əhmədli kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar qonşular iştirak etmişlər. Lakin, yasa başları qarışdığından nənəsinin ölüm qeydiyyatının aparılmasını unutmuşlar. İndi is bu qeydiyyatı məhkəmədənkənar aparmaq mümkün deyil. Odur ki,məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Məhkəmədən 05.05.1938-ci il tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində doğulmuş nənəsi X2 29 aprel 2007-ci il tarixdə Şamaxı rayonu Hacılı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Şamaxı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X7 ifadə verib bildirdilər ki, ərizəçini tanıyır həqiqətən onun nənəsi 05 may 1938-ci ildə İsmayıəllı rayonu Gəraybəyli kəndində doğulmuş və 29 aprel 2007-ci ildə Şamaxı rayonu Əhmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Şamaxı rayonu Hacılı kəndində yaşamış X6 29 aprel 2007-ci il tarixdə vəfat etmiş və Əhmədli kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Şamxı rayon İHB-nın Hacılı kənd İƏD-si üzrə ümayəndəliyinin 08 sentyabr 2021-ci il tarixli 86 saylı arayışından görünür ki, Şamaxı rayonu Hacılı kəndində yaşamış X6 29 aprel 2007-ci il tarixdə vəfat etmiş və Əhmədli kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsinin tərəfindən 01 iyun 2021-ci il tarixəd verimiş 05/Q-722/69 saylı arayışdan görünür ki, X3 ilə X8 22 dekabr 1964-cü ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 08 sentyabr 2021-ci il tarixli 05/Q-908/15 saylı Ərizəçi oğuna ünvanlanmış məktubda göstərilir ki, 29 aprel 2007ci ildə Şamaxı rayonu Hacılı kəndind vəfat etmiş X2 ölümünün qeydə alınmasına dair müraciətə baxılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydas”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibbi müəssisədən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən sənəd(ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən edildi ki, 05 may 1938-ci ildə İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olmuş X2 29 aprel 2007-ci iıdə Şamaxı rayonu Hacılı kəndində ölməsi şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, 05 may 1938-ci ildə İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olmuş X2 29 aprel 2007-ci ildə Şamaxı rayonu Hacılı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 may 1938-ci ildə İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olmuş X2 29 aprel 2007-ci ildə Şamaxı rayonu Hacılı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1084/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1084/2021
25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver