Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1088/2024 15.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “ölüm faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyul 1993-cü il tarixdə Şamaxı şəhərində doğulmuş oğlu X2 01 iyul 1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları olmuşdur. Övladlarından xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş və onu Şamaxı rayonu “Şaxəndan” qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda sənədləşmə işləri ilə bağlı həmin övladının ölüm şəhadətnaməsi tələb olunur. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də, Şamaxı rayon Mərkəzi Xəstəxanası ərizənin icrasından imtina etmişdir. Daha sonra Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək, dindirilməsi zərurəti yarandığı halda, onları məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərsi ki, Ərizəçi ilə qonşudur. Həqiqətən də, Sonanın oğlu Tural hələ körpə ikən – 2 yaşında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 idasində göstərdi ki, Ərizəçi ilə qohumdur. Sonanın övladı Tural təxminən 2 yaşında vəfat etmiş və o, dəfndə və yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 iyul 1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, atası X1, anası Ərizəçidır. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli Maraqlı şəxs arayışında göstərilir ki, X2 ölümü barədə Vətəndaşlıq cəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 21 iyun 2024-cü il tarixli 22 saylı arayışından görünür ki, 24 iyul 1993-cü ildə anadan olmuş X4 07 yanvar 1995-ci ildə vəfat etmiş və Şamaxı şəhəri “Şaxəndan” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Ərizəçi adına verilmiş arayışda göstərilir ki, 24 iyul 1993-cü il təvəllüdlü X4, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən 24 iyul 1993-cü il tarixdə vəfat etmiş etmiş, Şamaxı RMX-da 1993-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 01 iyul 1995-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq olunduğundan, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 iyul 1993-cü il tarixdə Şamaxı şəhərində doğulmuş X2 01 iyul 1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1088/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1088/2024
15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver