Məhkəmə qərarları › İş №2(074)-1089/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1089/2024

23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1089/2024 23.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 1970-ci il tarixdə ürək doğulmuş qızı X5 25 yanvar 1971-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1971-cü il tarixdə X19 ilə ailə həyatı qurmuşdur. 25 aprel 1970-ci il tarixdə ürək qüsurlu övladı doğulmuşdur. Həmin övladının adı X10 idi. O tez bir zamanda vəfat etdiyindən ona ölüm şəhadətnaməsi almaq fikrindən yayınıb. Onu Şamaxı rayonu, Dədəgünəş kənd qəbirstanlığında dəfn ediblər. Hal-hazırda sənədləşmə işləri ilə bağlı həmin övladının ölüm şəhadətnaməsi ondan tələb olunur. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də Şamaxı Rayon Mərkəzi Xəstəxanası ərizənin icrasından imtina etmişdir. Daha sonra Maraqlı şəxsnə müraciət edib və Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə edib. Belə ki, qızı X10 25 aprel 1970-ci il tarixdə ürək qüsurlu doğulmuş və xx.xx.1971-ci il tarixdə vəfat edərək Dədəgünəş kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək dindirilməsi zərurəti yarandığı təqdirdə onları məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, ərizəçini tanıyır, onun qız uşağı dünyaya gəlmiş, lakin az müddətdən sonra dünyasını dəyişmişdir. Şəxsən onun qızını görməyib. Dəfndə iştirak etməyib, lakin onun anası başsağlığına getmişdir. Qız uşağının hansı fəsildə vəfat etdiyi yadında deyil. Uşaq evdə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, ərizəçinı tanıyır, həmkəndlisidir. Ərizəçi ilə birlikdə işləyiblər. Qız uşağının doğuşunda iştirak edib, doğum tibb bacısı olub. Ərizəçinin ölən ilk uşağı idi. Doğulandan qüsurlu idi. Qız uşağının ölməsindən xəbəri olub. Uşaq evdə vəfat edib. Uşaq Şamaxı rayonu, Dədəgünəş kəndində dəfn edilib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 20 iyun 2024-cü il tarixli 3-16-5/8-69- 441/2024 saylı arayışından görünür ki, X10 25 aprel 1970-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 30 dekabr 1970-ci il tarixdə Şamaxı Rayon Qeydiyyyat Şöbəsində 532 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X6r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3/16/8-15-684/2024 saylı məktubundan görünür ki, X10 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 20 iyun 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X29 xx.xx.2024-cü il tarixli, 18-1-72/2-A-7xx-xx-1405/2024 saylı arayışından görünür ki, 25 aprel 1970-ci il təvəllüdlü X10 25 yanvar 1971-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-da 1971-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 3-48-11F/2-A-149-6/2024 saylı 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı Rayon Dədəgünəş kənd ZDS İcraiyyə Komitəsinin 1969-1974-cü illərin təsərrüfatbaşına kitablarında X8 təsərrüfatında 1970-ci ildə anadan olmuş övladınız X11 haqqında məlumat yoxdur. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” X7 xx.xx.2024-cü il tarixli 05/09İS/069726-24 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” haqqında avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1.Əri:X22 (xx.xx.1936); 2.Qızı:X14(xx.xx.1965);

3. Qızı: X12 (xx.xx.1966); 4. Qızı: X15 (xx.xx.1968); 5. Qızı: X16 (xx.xx.1970); 6. Oğlu: X20 (xx.xx.1972); 7. Oğlu: X21 (07.2.1974); 8. Oğlu: X17 (xx.xx.1977); 9. Qızı: X18 (xx.xx.1981); 10. Qızı: X23 (xx.xx.1984);11. Qızı: X13 (xx.xx.1986). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 25 yanvar 1971ci il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. 25 aprel 1970-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X5 25 yanvar 1971-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar