Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1099/2024 20.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası 1930-cu il tarixdə Şamaxı rayonu Zaratxeybəri kəndində doğulmuş X3 xx.xx.2004-cü il tarixdə Şamaxı rayonu Dəmirçi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Zaratxeybəri kəndində yaşayır. Valideynləri vəfat etmişdir. Atasından miras torpaq sahəsi qalmışdır. Həmin miras əmlaka vərəsəlik açdırmaq istəyir. Təqdim etdiyi sənədlərdə atasının ölümünə dair sənəd olmadığından, vərəsəlik açılması mümkün olmamış və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. X2 1930-cu il tarixdə Şamaxı rayonu Zaratxeybəri kəndində anadan olmuş, həmin kənddə yaşamış, sonra Dəmirçi kəndinə köçmüş və 22 dekabr 2004-cü ildə həmin kənddə vəfat etmişdir. Yasa başları qarışdığından, atasının ölümünü vaxtında qeyd etdirə bilməmişdir. Sonradan isə, qeydiyyat aparılmasını tamamilə unutmuşlar. Atası Dəmirçi kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qohumlar iştirak etmişlər. Onlar da, X2nun həqiqətən də, 22 dekabr 2004-cü il tarixdə Şamaxı rayonu Dəmirçi kəndində vəfat etməsini təsdiq edərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X9 ayrı-ayrılıqda ifadə verib bildirdilər ki, Ərizəçi tanıyırlar, onunla qonşuluqda yaşayırlar, həqiqətən də, Ərizəçi atası Gülməmməd Xasiyev 22 dekabr 2004-cü ildə Şamaxı rayonunun Dəmirçi kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2, anası X4r. İş materiallarında olan Maraqlı şəxs 14 fevral 2024-cü il tarixli 3165/8-15-177/2024 saylı məktubunda göstərilr ki, X3 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 14 fevral 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm aktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən sənəd) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin 04 mart 2024-cü il tarixli 03 saylı arayışından görünür ki, X1 rayonunun Dəmirçi kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi X7 Şəxsin 11 mart 2024-cü il tarixli 18-1-72-X- 294-41-560/2024 saylı arayışından görünür ki, 1930-cu il təvəllüdlü X5 22 dekabr 2004-cü il tarixdə vəfat etmiş, Şamaxı RMX-na müraciət olunmadığı üçün, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi atasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 1930-cu il tarixdə Şamaxı rayonu Zaratxeybəri kəndində doğulmuş X3 xx.xx.2004-cü il tarixdə Şamaxı rayonunun Dəmirçi kəndində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 1930-cu il tarixdə Şamaxı rayonunun Zaratxeybəri kəndində doğulmuş X3 xx.xx.2004-cü il tarixdə Şamaxı rayonunun Dəmirçi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1099/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1099/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver