Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1114/2024 30.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 aprel 2014-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş oğlu X5 14 dekabr 2022-ci il tarixdə Şamaxı rayonunda ölməsi və 23 avqust 2017-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş qızı X6 25 noyabr 2023cü il tarixdə Şamaxı rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə 2010-cu ildə rəsmi qaydada nikaha daxil olub. Onların bu nikahdan 6 uşaqları anadan olub. Onlar xx.xx.2010-cu il təvəllüdlü Aytac, xx.xx.2012-ci il təvəllüdlü Ayxan, xx.xx.2014-cü il təvəllüdlü Asiman, xx.xx.2015-ci il təvəllüdlü Uğur, xx.xx.2017-ci il təvəllüdlü Aynur və xx.xx.2018-ci il təvəllüdlü Elxan adlı uşaqlardır. Həmin uşaqlardan xx.xx.2014-cü il təvəllüdlü Asiman və xx.xx.2017-ci il təvəllüdlü Aynur adlı uşaqlar xəstə olduqları üçün Asiman xx.xx.2022-ci il tarixdə, Aynur isə xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində vəfat etmişdir. Onların ikisini də Şamaxı rayonu Quşçu kənd qəbirstanlığında babalarının qəbrinin yanında basdırıblar. Uşaqların ölümündən sonra sarsıntı keçirdiklərindən və ölüm şəhadətnamələrini hansı qaydada əldə etməyi bilmədiklərindən, onlara aid ölüm şəhadətnamələrini qanunla müəyyən edilmiş vaxtda rayon Qeydiyyat Şöbəsindən almayıblar. Savadsızlıqlarından hesab ediblər ki, uşaqlar ölübsə dövlət tərəfindən artıq bu hal nəzərə alınaraq adları rəsmi orqanlardan silinəcəkdir. Uşaqlarının dəfnində və yas mərasimində yaxınları, tanışları, qonşuları və qohumları iştirak ediblər. Onları zərurət yaranarsa məhkəmə iclasına şahid qismində dəvət edə bilər. Hazırda Şəhriyar qəsəbəsində aparılan pilot layihə ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı, uşaqlarının ölüm haqqında şəhadətnamələrini əldə etməkdən ötrü aidiyyatı təşkilatlara müraciət etsələr də, ölüm şəhadətnamələrini məhkəmədən kənar başqa qaydada əldə etmək mümkün olmamışdır. Hətta, uşaqlarının ölüm haqqında şəhadətnamələrini əldə etmək üçün Maraqlı şəxsnə müraciət edib, lakin oradan ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilərək, məktubda qeyd edilmişdir ki, “xx.xx.2022ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10” barədə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar edilməyib. Eyni zamanda, tərəfindən əlavə olaraq, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsə müraciət edilib. Lakin, həmin təşkilatın verdiyi, xx.xx.2024-cü il tarixli 18-1-72/2-H-7xx-xx-1434/2024 saylı arayışına əsasən. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ölüm haqqında tibbi şəhadətnamələrinin alınması ilə bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim edilməmişdir. Bununla da ona hər iki təşkilatdan izah olunmuşdur ki, yalnız həmin şəxslərin ölüm faktı məhkəmə qaydasında təsdiq olunarsa onda bu halda uşaqlarının ölümü qeydə alına bilər. Məhkəmə araşdırması zamanı mərhum övladlarının yas mərasimlərində və dəfnlərində iştirak edən şəxsləri şahid qismində məhkəməyə təqdim edilməsini təmin edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, ərizəçinin qohumudur. Ərizəçinin uşaqları birdən-birə vəfat ediblər. O, yasda və dəfndə iştirak edib. Uşaqlar Şamaxı Rayonu Quşçu kənd qəbiristanlığında dəfn olunublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, əriəçinin qohumudur. Ərizəçinin 1 qız və 1 oğlan övladı rəhmətə gedib. Uşaqlar soyuqdəymədən vəfat edib. O, yasda və dəfndə iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 arasındakı nikah 26 noyabr 2010-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 noyabr 2010-cu il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həmidov” arvada “Həmidova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ № 311719 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə Şamaxı rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan AZ-İV № 002364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-72/2-H-7xx-xx-1434/2024 saylı “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X16 arayışından görünür ki, 23 aprel 2014-cü il təvəllüdlü X9 14 dekabr 2022-ci il tarixində və 23 avqust 2017-ci il təvəllüdlü X10 25 noyabr 2023-cü il tarixində rəhmətə getmişlər. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubundan görünür ki, X9 və X10 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 25 iyun 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X9 və qızı X6 ölümlərinin müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 14 dekabr 2022-ci il və X6 25 noyabr 2023-cü il tarixdə ölmələri ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23 aprel 2014-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş X5 14 dekabr 2022-ci il tarixdə Şamaxı rayonunda ölməsi və 23 avqust 2017-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş X6 25 noyabr 2023-cü il tarixdə Şamaxı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1114/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1114/2024
30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver