Məhkəmə qərarları › İş №2(074)-1121/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1121/2025

12.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1121/2025 12.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəs Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MŞŞ/MT030/2024/02055 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 07 sentyabr 2020-ci il tarixdə rəsmi nikahla Maraqlı şəxs ailə qurub. Birgə nikahlarından xx.xx.2020-cı ildə X4 adlı bir övladı dünyaya gəlib. Nikahları Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-105/2025 saylı qətnaməsi ilə pozulmuşdur. O, cavabdehdən aliment almaq üçün onu qanuna əsasən Şamaxı şəhərində yerləşən mediasiya şurasına dəvət edib. xx.xx.2024-cü ildə Maraqlı şəxsla aralarında “Mediasiya haqqında“ Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən barışıq sazişi bağlanıb. Sazişin şərtlərinə əsasən qarşılıqlı razılıq əsasında qızları Aysunun onun yanında qalmasına razılaşıblar, o, Aysu ilə atasının məhdudiyyət qoyulmadan görüşməsi, Elməddin isə Aysunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-ci ilin oktyabr ayından başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment pulunun ona ödəməsini öhdəsinə götürüb. Lakin Maraqlı şəxs indiyə kimi bir qəpik də olsun ona aliment pulu göndərməmiş, uşağı ilə maraqlanmamışıdır. Onun maddi imkanın olduqca aşağı səviyyədədir, valideynlərinin himayəsində güclə dolanır, uşağı da çətinliklə saxlayır. Ona görə də məcbur olub barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət edir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MŞŞ/MT030/2024/02055 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, barışıq sazişi bağlanandan Maraqlı şəxs tərəfindən aliment ödənişi edilməmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasıya prosesində tərəflərdən biri aralarındakı xx.xx.2020-ci il tarixli 181 saylı nikah qeydinin pozulmasına razılıq verməyib. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 anası - Ərizəçi yanında yaşamasına razıdılar. Ərizəçi xx.xx.2020-ci il təvəllüdlü X4 atası - X3 ilə hər hansı (ay,gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmas üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində almenti (hər ayın 10-dan gec olmayaraq) anası - Ərizəçi ödəmək barədə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2020-cı ildə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimenti (hər ayın 10-dan gec olmayaraq) Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsi təsdiq edilsin. 14 iyun 2020-cı ildə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs 2024-cü ilin oktyabr ayından başlayaraq hər ay 150 sabit pul məbləğində aliment (hər ayın 10-dan gec olmayaraq) tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar