Məhkəmə qərarları › İş №2(074)-1123/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1123/2025

21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1123/2025 21.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, onun anadan bir bacısı xx.xx.1950-ci il təvəllüdlü X3 xx.xx.1967-ci il tarixdə, anadan bir qardaşı xx.xx.1956-cı il təvəllüdlü X17 xx.xx.1965-ci il tarixdə vəfat eldiyi üçün onların ölüm faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anadan bir olan bacısı X10 23 sentyabr 1967-ci il tarixdə, anadan-bir olan qardaşı X31 isə xx.xx.1965-ci il tarixdə vəfat etmişlər. Lakin bu ölüm faktları barədə müvafiq sənədləşdirmə olmadığına görə onlar üçün ölüm haqda şəhadətnamələri ala bilmir. 15 sentyabr 1969-cu ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, o, xx xxx 1966-cı ildə Şamaxı rayonunda anadan olub. X5, anası isə X28r. O və X32 ilə rəsmi nikaha daxil olub, nikahdan sonra ona ''Mamedova" (Məmmədova) soyadı verilmişdir. Anadan bir olan bacısı X7 01 yanvar 1950-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Onun X14, anası isə X2 yazılmışdır. Anadan bir olan qardaşı X31 08 avqust 1956-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. Onun X14, anası isə X16 yazılmışdır. X15 01 may 1924-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. Onun X21, anası isə X19r. X13 12 mart 1996-cı ildə vəfat elmişdir. Anadan bir bacısı və qardaşı olan X10 ilə X17 X14 xx.xx.1965-ci ildə vəfat etmişdir. Anadan bir bacısı və qardaşı olan X11 ilə X31 ailədə üç uşaq olublar. Maraqlı şəxs tərəfindən Şamaxı regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci ildə vəfat etmiş X36 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.1965-ci ilədək aparılmış və aşkar edilmişdir ki, onun xx.xx.1950-ci il təvəllüdlü X11, xx.xx.1953-cü il təvəllüdlü X33 və xx.xx.1956-cı il təvəllüdlü X31 adında üç övladı vardır. X23 nikahı və digər övladları barədə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar edilməmişdir. Anadan bir qardaşı olan xx.xx.1953-cü il təvəllüdlü X20 ölüm haqqında şəhadətnaməsi onlarda vardır. Anadan bir bacısı xx.xx.1950-ci il təvəllüdlü X6 dair Şamaxı RMX-da 1967-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyil. Anadan bir qardaşı X17 xx.xx.1965-ci ildə vəfal etməsinə dair Şamaxı RMX-da 1965-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyil. Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16578-1 5-1 10/2025 saylı cavab məktubunda yazılmışdır ki, X3 ölümü barədə “Vətəndaşlıq vəziyyəli aktları" avtomatlaşdırılmış qevdiyyal informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Maraqlı şəxs buna görə məhkəməyə müraciət etmələrini məsləhət bilmişdir. Bu sənəd ona 08 may 2025-ci il tarixdə verilmişdir. X47 Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-165/8-15- 379/2025 saylı cavab məktubunda yazılmışdır ki, X17 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qevdiyyal informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Maraqlı şəxs buna görə məhkəməyə müraciət etmələrini məsləhət bilmişdir. Şamaxı Bələdiyyəsi tərəfindən təsdiqlənməklə 23 aprel 2025-ci il tarixdə ona verilmiş aktdan görünür ki, onun X13, mərhum X17 və X4 anaları X34r. Şamaxı Bələdiyyəsi tərəfindən təsdiqlənməklə 22 aprel 2025-ci il tarixdə ona verilmiş 83 saylı arayışdan görünür ki, xx.xx.1950-ci ildə anadan olrnıış bacısı X10 vəfat etmiş və “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Qəbirslanlıqdakı dəfn yerinin fotoşəkli əlavə olunur. Şamaxı Bələdiyyəsi tərəfindən təsdiqlənməklə 22 aprel 2025-ci il tarixdə ona verilmiş 82 saylı arayışdan görünür ki, xx.xx.1956-cı ildə anadan olmuş qardaşı X31 vəfat etmiş və "Yeddi Gümbəz“ qəbirstanlığında dəfn olunmuşdur. Qəbirstanlıqdakı dəfn yerinin fotoşəkli əlavə olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Bələdiyyəsinin 22 aprel 2025-ci il tarixli, 83 saylı arayışından görünür ki, Ərizəçi bacısı X8 xx.xx.1950-ci ildə anadan olmuş 1965-ci ildə vəfat edərək “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 22 aprel 2025-ci il tarixli, 82 saylı arayışından görünür ki, Ərizəçi qardaşı X35 xx.xx.1956-cı ildə anadan olmuş 1965-ci ildə vəfat edərək “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub. İş materiallarında olan Maraqlı şəxs 23 iyun 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-cü ildə vəfat etmiş X36 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.1965-ci ilədək aparılmış aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Uşaq : X10 - xx.xx.1950; 2. Uşaq : X33 - xx.xx.1953; 3. Uşaq: X31 - xx.xx.1956; X23 nikahı və digər övladları barədə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X56 17 mart 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi bacısı xx.xx.1950-cı il təvəllüdlü X7, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən xx.xx.1967-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-da 1967-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib verilməməsi məlum deyil. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X56 13 may 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi qardaşı X31, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən xx.xx.1965-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMXda 1965-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib verilməməsi məlum deyil. İş materiallarında olan Maraqlı şəxs 07 mart 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmayıb. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunub. İş materiallarında olan Maraqlı şəxs 08 may 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X17 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş“ bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmayıb. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunub. İş materiallarında olan Şamaxı Rayon Prokurorluğunun 05 avqust 2025-ci il tarixli məktubundan görünür ki, X10 və X17 ölmələri ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. İş materiallarında olan AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 04 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, sorğu edilən xx.xx.1950-ci il təvəllüdlü X10 və xx.xx.1956-cı il təvəllüdlü X17 Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X56 10 sentyabr 2025ci il tarixli məktubundan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X9 qeydiyyat şöbəsinin imtina aktına əsasən xx.xx.1967-ci il tarixində rəhmətə getmişdir və xx.xx.1956-cı il təvəllüdlü X31 qeydiyyat şöbəsinin imtina aktına əsasən xx.xx.1965-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-da 1965-1967-ci illər üzrə ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxslərə ölüm haqqında şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X56 14 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi bacısı xx.xx.1950-ci il təvəllüdlü X10 1967-ci il tarixində vəfat etmişdir. Şamaxı RMX-da 1967-ci ilin stosionar qeydiyyat jurnalı və ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün onun müalicəsi və rəhmətə getməsi barəsində məlumat verə bilmirlər. Həmçinin qardaşı xx.xx.1956-cı il təvəllüdlü X17 müalicəsi və vəfat etməsi barəsində heç bir məlumatları yoxdur. İş materiallarında olan Şamaxı Rayon Prokurorluğunun 14 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, 2019-cu ilədək olan sənədlərin saxlama müddəti bitdiyinə görə rayon prokurorluğunda qeydiyyat kitabları və materiallar məhv edilmişdir. Odur ki, xx.xx.1950-ci il təvəllüdlü X3 1967-ci il tarixdə özünü yandıraraq xəstəxanada ölməsi və qardaşı xx.xx.1956-cı il təvəllüdlü X17 avtoqəza nəticəsində ölməsi faktları üzrə rayon prokurorluğunda hər hansı məlumat mövcud deyildir. İş materiallarında olan A3 № ******* saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1966-cı ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. X5, anası isə X28r. İş materiallarında olan nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X32 ilə X24 arasında nikah 29 iyul 1989-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 iyul 1989-cu il tarixdə 761 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mamedov”, arvada “Mamedova” soyadı verilmişdir. İş materiallarında olan İ-ИE № 244597 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 01 yanvar 1950-ci ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. X14, anası isə X12r. İş materiallarında olan l-ИE № 244407 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X31 03 sentyabr 1956-cı ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. X14, anası isə X12r. İş materiallarında olan ИE № 366709 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X40 01 may 1924-cü ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. X21, anası isə X19r. İş materiallarında olan İV-ЖГ № 427196 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X37 12 mart 1996-cı il tarixdə kəskin ağciyər, ürək çatışmazlığı və kəskin miokard infarktı səbəbindən Şamaxı rayonunda vəfat etmişdir. İş materiallarında olan l-ИE № 224076 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X36 xx.xx.1965-ci il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X35 və bacısı X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1967-ci ildə və X17 xx.xx.1965-ci ildə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. xx.xx.1950-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X1 xx.xx.1967-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı və xx.xx.1956-cı il Şamaxı şəhərində anadan olmuş X17 xx.xx.1965-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar