Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1128/2024 24.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş qızı X1 xx.xx.1991-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə tərkibi barədə arayış almaq üçün Şamaxı Regional ASAN Xidmət Mərkəzinə müraciət etdikdə, məlum olmuşdur ki, ailə üzvləri siyahısında 1991-ci ildə vəfat etmiş qızı Xoşqədəmin də adı vardır. Qeydiyyat şöbəsinə müraciət etmiş və məlum olmuşdur ki, qızı Xoşqədəmin ölümü barədə qeydiyyat aparılmamışdır. Xoşqədəm Bəkdəmirova xx.xx.1990-cı ildə Şamaxı şəhərində doğulmuş, altı aylıq olarkən, xəstələnmiş və xx.xx.1991-ci ildə vəfat etmişdir. Qızı Şamaxı şəhərində “Yeddi gümbəz” qəbirstanlığında dəfn edilmişdir. Körpə olduğu üçün qəbrin üstü düzəldilməmiş və uşaq olduğundan, yadlarına düşməmişdir ki, ölümü qeydiyyat şöbəsində qeydə alınmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X4 ifadələrində göstərmişdirlər ki, Ərizəçi onların qonşusudur və həqiqətən də, Məzahirin Xoşqədəm adında övladı körpə yaşında vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3/16-5/8-69- 456/2024 saylı arayışından görüqnür ki, X2 xx.xx.1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, bu barədə xx.xx.1991-ci il tarixdə Maraqlı şəxs tərəfindən 04 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-165/8-15-690/2024 saylı məktubunda göstərilir ki, X1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Ərizəçi adına verilmiş Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-72/2-B-7xx-xx-1445/2024 saylı arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X2, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.1991-ci il tarixdə vəfat etmiş və Şamaxı RMX-da 1991-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib- verilməməsi məlum deyil. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi uşaqlarının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1990-cı ildə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.1991-ci ildə Şamaxı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.1991-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1128/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1128/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver