Məhkəmə qərarları › İş №2(074)-1140/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1140/2024

20.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1140/2024 20.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 1963-cü il tarixdə Saatlı rayonu, Mircəlal kəndində anadan olmuş X2nın 20 mart 1964-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhərində yaşayır. Valideynləri vəfat etmiş, onlardan miras ev qalmışdır. Hazırda həmin miras əmlaka vərəsəlik açdırmaq istəyir. Notariusa sənədlər təqdim olunarkən məlum olmuş ki, 20 mart 1964-cü ildə vəfat etmiş X2nın ölümü barədə hər hansı bir sənəd qeydə alınmamışdır. Qeydiyyat şöbəsinə də müraciət etmişdir. Bildirmişlər ki, bacısının ölümü barədə tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığı halda onun ölüm qeydiyyatının aparılması mümkün deyil. Odur ki, məhkəməyə müraciət olunmalıdır. X2 xx.xx.1963-cü il tarixdə Saatlı rayonu, Mircəlal kəndində anadan olmuş və xx.xx.1964-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində vəfat etmişdir. Dəfndə yaxınlar və qonşular iştirak etmişlər. Şamaxı Rayonu, Şəhriyar qəsəbəsində yerləşən "Yeddi Günbəz” qəbirisanlığında dəfn olunmuşdur. Bunu təsdiq edən şahidləri var. Lakin uşaq körpə olduğuna görə qəbrin üstü düzəldilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Vidadinin valideynlərini yaxşı tanımışdır. Onun təxminən 14-15 yaşı olanda valideynlərindən eşitmişdir ki, qonşuları Ərzuman kişinin azyaşlı qızı Sabirabad kəndində evdə rəhmətə gedib. O, həmin uşağı görməmiş və adını bilməmişdir. Lakin həmin uşağın “Yeddi günbəz” adlanan qəbiristanlıqda dəfn olunduğunu bilmişdir. Həmin vaxt onun yaşı az olduğundan yasda və dəfndə valideynləri iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, ərizəçinin uzun müddətdir ki, qonşusudur. Ərizəçi valideynlərini də tanımışdır. O, valideynlərindən eşitmişdir ki, qonşuları Ərzuman kişinin azyaşlı qızı Sabirabad kəndində evdə rəhmətə gedib. O, həmin uşağı görməmiş və adını bilməmişdir. Uşağın öülm səbəbini eşitməmişdir. Lakin həmin uşağın “Yeddi günbəz” adlanan qəbiristanlıqda dəfn olunduğunu bilmişdir. Həmin vaxt onun yaşı az olduğundan yasda və dəfndə valideynləri iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69- 353/2024 saylı arayışından görünür ki, X6 08 oktyabr 1963-cü ildə Saatlı rayonunun Mircəlal kəndində anadan olmuşdur. Bu barədə 14 oktyabr 1963-cü il tarixdə Saatlı rayon Mircəlal kənd İcra Nümayəndəliyində 143 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X1r. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli, 18-1-72/2-Q-5xx-xx-1163/2024 saylı arayışından görünür ki, 08 oktyabr 1963-cü il təvəllüdlü X6 20 mart 1964-cü il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-da 1964-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3169/8-571/2024 saylı məktubundan görünür ki, X6 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 07 may 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan Şəhriyar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 15 saylı arayışından görünür ki, Ərizəçi mərhum bacısı xx.xx.1963-cü il təvəllüdlü X6, ailə üzvlərinin verdiyi məlumata əsasən Şamaxı Rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunmuşdur. İş materiallarında olan Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-6- 5/xx-xx/2024 saylı arayışından görünür ki, X4 ölümünün müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Sabirabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 16-5/4-2023-24 saylı arayışından görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nın ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 20 mart 1964-cü il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 oktyabr 1963-cü il tarixdə Saatlı rayonunun Mircəlal kəndində anadan olmuş X4 20 mart 1964-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar