Məhkəmə qərarları › İş №2(074)-1141/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1141/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1141/2023 21.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 1949-cu il təvəllüdlü X1 xx.xx.2000-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 vəfat etmiş, ondan miras əmlak qalmışdır. Həmin əmlaka vərəsəlik açmaq üçün X9 Xidmət mərkəzinin notariat ofisinə müraciət etmiş, ona bildirmişlər ki, Sitarənin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin şəhadətnaməni almamışdır. Onun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada bildirmişlər ki, ölüm qeydiyyatının aparılması üçün tibbi şəhadətnamə və ya məhkəmə qərarı tələb olunur. Mərhum həyat yoldaşı X5 1949-cu ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, 1968-ci ildə onunla rəsmi nikaha daxil olmuşdur. xx.xx.2000-ci il tarixdə Sitarə vəfat etmişdir. Sitarəni Quşçu kənd qəbirstanlığında dəfn etmişdirlər. Dəfndə qohumlar, qonşular və kənd əhalisi iştirak etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X4, mərhum X1 1949-cu ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmasını, xx.xx.2000-ci ildə həmin kənddə vəfat etməsini və Quşçu kənd qəbirstanlığında dəfn edildiyini təsdiq etmişlər. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 1949-cu ildə Şamaxı rayonunun Quşçu kəndində doğulmuşdur. İş materiallarında olan Şamaxı rayon Quşçu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 25 saylı arayışından görünür ki, X5 xx.xx.2000-ci il tarixdə vəfat etmiş və Quşçu kənd sakinlərinin iştirakı ilə Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2 Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, 1949-cu il təvəllüdlü X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2000-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1949-cu il təvəllüdlü X1 xx.xx.2000-ci il tarixdə Şamaxı rayonunun Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar