Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1151/2023 14.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü övladı X6 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 04 iyul 2019-cu il tarixdə oğlu X11 vəfat etmişdir. Lakin bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə onun üçün ölüm haqda şəhadətnamə ala bilmir. Nikah haqqında şəhadətnamədən görünür ki, o X7, Denis Danilovla rəsmi nikaha daxil olmuş və bu nikahları 218 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Denis Danilovla ərizəçinin birgə nikahlarıdan xx.xx.2018-ci il təvəllüdlü X12 adında övladları dünyaya gəlmişdir. Şamaxı Rayon Mərkəzi X8 Şəxsindən verilmiş 14 avqust 2023-cü il tarixli arayışdan görünür ki, ərizəçinin xx.xx.2018-ci il təvəllüdlü övladı X12 həqiqətən xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Lakin ərizəçi bununla bağlı Şamaxı RMX-na müraciət etmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmamışdır. Vəfat etmiş övladı X6 ölüm haqda şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət edilib. Maraqlı şəxsndən verilmiş xx.xx.2023-cü il tarixli, 3-165/8-15-913/2023 saylı cavab məktubunda yazılmışdır ki, mərhum övladı X12 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm aktı aşkarlanmamışdır. Maraqlı şəxs buna görə məhkəməyə müraciət etmələri olduğunu məsləhət bilmişdir. Ailə üzvlərinə məxsus daşınmaz əmlakı sənədləşdirmək istəyərkən, o cümlədən ünvanlı dövlət sosial yardımı almaq üçün müvafiq sənədləşdirmə aparmaq istəyərkən X2 ərizəçinin mərhum övladı xx.xx.2018-ci il təvəllüdlü X12 vəfat etməmiş kimi görünür. Bu isə qeyd etdiyi sənədləşmə işlərində ərizəçiyə həlli mümkün olmayan problem yaratmışdır. Ərizəçinin iddia ərizəsinə daxil etdiyi sənədlərdən görünür ki, o, övladı X6 ölüm haqda şəhadətnaməsini başqa heç bir qaydada ala bilmir. Beləliklə, qeyd olunan problemin aradan qaldırılması üçün xüsusi icraat qaydasında məhkəmə qətnaməsinə ehtiyac vardır. Əriçənin iddia ərizəsində qeyd etdiklərindən əlavə, o, sözügedən ölüm faktının təsdiqi üçün məhkəmədən lazım bildiyi aidiyyəti orqanlara sorğu göndərilməsini təmin etməsini də xahiş edir. Ərizəçi əlavə olaraq məhkəməyə bildirir ki, iş üzrə şahidlərə ehtiyac varsa, onları məhkəməyə dəvət edib gəlmələrini təmin edəcək. Sonradan Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, xx.xx.2018-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X6 xx.xx.2019-cu il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ərizəçi X10 onun qohumudur. Uşaq, rəhmətə gedən vaxtı körpə idi. Çaylı kəndində dəfn olunub və o dəfn etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, ərizəçi X5 tanıyır. Ərizəçi onun qardaşı qızıdır. Mərhum uşaq xəstə idi və səbəbdən də rəhmətə gedib. Çaylı kəndində dəfn olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 975536 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Denis Danilov ilə X7 arasında nikah xx.xx.2014-cü il tarixdə Maraqlı şəxsndə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 avqust 2014-cü il tarixdə 218 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Danilov”, arvada “Danilova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 175788 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X16, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-D-11xx-xx-1025/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X15 arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X12 xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-165/8-15-913/2023 saylı arayışdan görünür ki, X12 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 24 avqust 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X6 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2019-cu il tarixdə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 sentyabr 2018-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X6 04 iyul 2019-cu il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1151/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1151/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver