Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1156/2023 21.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş X3 xx.xx.1979-cu ildə Şamaxı rayonu Dədəgünəş kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qardaşı X7 xx.xx.1974-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. İdrak xx.xx.1979-cu ildə Dədəgünəş kəndində vəfat etmişdir. X1 və anası X6 vəfat etmişdirlər. Qardaşına ölümü haqqında şəhadətnamə almaq üçün xəstəxanaya və aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Bütün məlumatlar yoxlanılarkən, İdrakın ölüm haqqında akt qeydi aşkar olunmadığından, məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. İdrakın dəfnində qohumlar, qonşular iştirak etmişlər. O, Şamaxı rayonu Dədəgünəş kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X2 ifadə verib göstərdilər ki, ərizəçi həmkəndliləridir. Həqiqətən Rüstəmin qardaşı X7 xx.xx.1974-cü ildə Şamaxı rayonunda anadan olmuş və xx.xx.1979-cu ildə Dədəgünəş kəndində vəfat etmişdir. İdrakın X1 və anası X6 da vəfat etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-892/2023 saylı arayışından görünür ki, X7 xx.xx.1974-cü ildə Şamaxı rayonunda anadan olmuş, X1, anası X4r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-105/9-15-1037/23 saylı məktubunda göstərilir ki, X3 ölümü haqqında Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan Şamaxı RMX-nın Publik hüquqi şəsin xx.xx.2023-cü il tarixli 19-1- 72/2-M-13xx-xx-1209/2023 saylı arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1979cu il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1974-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə onun xx.xx.1979-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş X3 xx.xx.1979-cu ildə Şamaxı rayonu Dədəgünəş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1156/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1156/2023
21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver