Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1177/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə,Ərizəçi maraqlı tərəf Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş X3 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, mərhum 19 noyabr 1957-ci il təvəllüdlü Ağammədov Şahin Ağamməd oğlu onun həyat yoldaşıdır. Onlar Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 14 saylı evdə yaşamışlar. Şahin 20 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir. Onun ölümüdən özünü itirdiyindən və başı yas mərasiminə qarışdığından ölümü barədə şəhadətnamə almamışdır. Hazırda bu barədə şəhadətnamə almaq üçün aidiyyəti üzrə Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş lakin, ölüm faktını təsdiq edən sənədi təqdim etməyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsini bildirilmişlər. X14 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş və 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində vəfat etmşdir. Qohum, qonşular onun yas mərasimində iştirak edənlər təsdiq edərlər ki, Şahin Ağammədov 20 oktyabr 2020-ci il tarixdə vəfat etmiş və o, Yeddi gümbəz qəbirstanlığında dəfn edilmişdir. Şahin Ağammədovun ölümü haqqında şəhadətnaməsini başqa cür almaq mümkün deyil. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmədən 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş X3 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Şamaxı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X11 ifadə verib bildirdilər ki, ərizəçini tanıyırlar. Həqiqətən onun həyat yoldaşı 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş X5 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş, yas mərasimində iştirak etmişlər, X13 şəhəri, Yeddi Gümbəz qəbirstnlığında dəfn etmişlər, İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ağamedov Şahin Ağamed oğlu ilə X9 02 iyul 1985-ci ildə nikahlarını bağlamışlar, ərə Ağamedov, arvada Ağamedova soyadı verilmişdir. İş mteriallarında olan 23 sentyabr 2020-ci il tarixli xəstənin ambltor tibbi kartasından çıxarışdan görünür ki, 19 noyabr 1957-ci il təvəllüdlü X1 şəhəri S.Ə.Şirvani küçəsi 14 saylı evdə rəhmətə gedib. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 14 sentyabr 2021-ci il tarixli 05/Q-948/15 saylı X2 ünvanlanmış məktubda göstərilir ki, 20 oktyabr 2020-ci ildə Şamaxı şəhərində ölmüş əriniz X3 ölümünün qeydə alınmasına dair müraciətinə baxılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydas”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibbi müəssisədən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən sənəd(ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ərizəçinin həyat yoldaşı 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş X5 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində ölmüşdür. Bu fakt şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, Ərizəçi qızının həyat yoldaşı 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş X3 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızının həyat yoldaşı 19 noyabr 1957-ci ildə Şamaxı şəhərində anadan olmuş X3 20 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1177/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1177/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver