Məhkəmə qərarları › İş №2(074)-1186/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1186/2023

13.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1186/2023 13.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızı və Maraqlı şəxs iştirakı ilə, Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq olunması və ödənilmiş 101 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbi barədə mediasiyaya müraciət etmişdir. 18 saylı Mediasiya təşkilatında tərtib olunan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən: tərəflər aralarında xx.xx.2013-cü il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 202 nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən, pozulmasına razıdır; ikinci tərəf onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçının yanında qalmasına razılıq verir; ikinci tərəf uşaqların saxlanması üçün hər ayın ilk 10 günlüyündə hər uşağa görə 70 manat olmaqla, ümumi 210 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür; iddiaçı tərəf cavabdeh tərəfin uşaqlarla ünsiyyətinə, onların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan təşkil olunmasma razıdır. Qeyd edilən şərtlərlə onlar barışıq sazişini imzaladıqdan sonra, növbəti ayın 1-dən 10-na kimi, yəni mart ayından etibarən, hər ay 3 uşaq üçün 210 manat aliment ödənilməsini mediatorun iştirakı ilə təsdiqləyir və onlar bu barədə razılığa gəlmişdirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2366/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuşdur. Lakin, Maraqlı şəxs barışıq sazişinin olmasına baxmayaraq, hər ay ödənilməli olduğu 210 manat aliment məbləğindən heç bir ay ona ödəməmişdir. O isə, hazırda öz valideynləri ilə birlikdə yaşayır, işləmir və əlavə gəlir yeri yoxdur. Övladının isə gündəlik tələbatı gündən-günə artmaqdadır. O, isə uşağın tələbatlarını təkbaşına ödəməkdə çox çətinliklər çəkir. Maraqlı şəxs öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən, barışıq sazişində göstərilən şərtlərə əməl etmədiyinə görə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızı ərizənin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə verilmiş ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı 18 saylı Mediasiya təşkilatında X6 ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00323 saylı Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə, tərəflər onların arasında xx.xx.2013-cü il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 202 saylı nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən pozulmasına razıdır; Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 X3 yanında qalmasına razılıq verir; Maraqlı şəxs uşaqların saxlanması üçün hər ayın ilk 10 günlüyündə hər uşağa görə 70 manat olmaqla, ümumi 210 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür; X1 Fərrux Bəbir oğlunun uşaqlarla ünsiyyətinə, onların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan təşkil olunmasına razıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2366/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, X6 ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 202 saylı nikah akt qeydinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 362 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə “Səbzəliyev”, qadına “Dünyamaliyeva” soyadı verilmişdir. Göründüyü kimi, mediasiya prosesində Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, lakin könüllü icra müddətində Maraqlı şəxs Sazişin icrasından qismən imtina edərək, aliment hissəsinə dair götürdüyü öhdəliyi yerinə yetirməmiş və hazırda Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızı bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı 18 saylı Mediasiya təşkilatında X6 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00323 saylı Barışıq sazişi təsdiq edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ərizəçi dövlət rüsumu olaraq 100 manat və xidmət haqqı olaraq 0,40 manat ödədiyi halda, xüsusi icraat qaydasında verdiyi ərizəsində dövlət rüsumu olaraq ödənilmiş 101 manat pulun maraqlı şəxsdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində ərizə qismən təmin edilməli, ödənilmiş 100,40 manat dövlət rüsumu Maraqlı şəxs Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Bakı 18 saylı Mediasiya təşkilatında X6 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00323 saylı Barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 100,40 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu Maraqlı şəxs Dünyamaliyeva (Səbzəliyeva) Səidə Qədim qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar