Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1204/2021 04.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, Ərizəçi Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən ediılməsinə dair ərizə ilə müraciət edərək miras qoyan Şamaxı rayonu İİ Cabanı kənidndə yaşamış X2 29 oktyabr 2006-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi mərhum X1 üzrə vərəsəsi olmadığını, vəsiyyətnamə üzrə özünün vərəsə olduğunu, yəni Şamaxı rayonu 2-ci Cabanı kəndində olan torpaq sahəsini ona vəsiyyət etdiyini və bu barədə vəsiyyətnamənin mövcud olduğunu göstərsə də, həmin əsaslandığı hüquqmüyyənedici sənəd kserosurətdir və notarial qaydada təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 89-cu maddəsinə əsaslanaraq qeyd edirəm ki, məhkəməyə təqdim edilən yazılı sübutların ya əsli və yaxud da ki, lazımi qaydada (notarial və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada) təsdiq olunmuş surəti təqdim edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2002-ci il tarixli məktubuna istinadən qeyd edirəm ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1204/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1204/2021
04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver