Məhkəmə qərarları › İş №2(074)-1205/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1205/2021

04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1205/2021 04.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktını müəyyən olunmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizəsi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, Ərizəçi Ukrayna Respublikası Dneprpetrobski vilayəti Krivroq rayonu Raxmonovka kəndi Zorge küçəsi ev 29 saylı ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Belə olan halda hesab edirəm ki, ərizə icraata qəbul edilərsə, məhkəmə tərəfindən qanunun tələbləri pozulmuş olar. Ona görə ərizəçi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilməklə, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 40, 152, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktını müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardadan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar