Məhkəmə qərarları › İş №2(074)-1220/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1220/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1220/2023 11.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü qızı X1 xx.xx.1999-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Quşçu kəndində yaşayır. Kənddə torpaq sahələri var. Həmin sahəyə çıxarış almaq istəyir. Orada onlardan bütün mülkiyyətçilərin sənədlərini istəyiblər. Lakin onun uşaqlarından birinin, dövlət aktında adı olan X1 ölümü barədə şəhadətnamə olmadığından bunu etmək mümkün olmayıb. O, şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Orada ona bildiriblər ki, qızı Şəmsiyyənin ölümü barədə tibbi şəhadətnamə və məhkəmə qərarı olmadığından hazırda ona ölüm haqqında şəhadətnamə yazılması mümkün deyil. İddiaçının qızı X3 xx.xx.1990-cı il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuşdur. 9 yaşında olan zaman, yəni xx.xx.1999-cu il tarixdə Quşçu kəndində vəfat etmişdir. Dəfndə qohumlar, qonşular və yaxınlar iştirak etmişlər. X12 kənd qəbiristanlığında dəfn olunmuşdur. Bunu təsdiq edəcək şahidləri və sənədləri var. Uşaq azyaşlı olduğundan adətə görə qəbrinin üstü düzəldilməmişdir. O vaxtlar başları yasa qarışdığından onun ölüm qeydiyyatı aparılmayıb və sonradan da bunu etməyi unudublar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, X3 ərizəçinin qızıdır. 1999-cu ildə xatırlamadığı ayda Şəmsiyyənin öldüyünü eşitmişdir. Uşaq Şamaxı rayonu, Quşçu kəndində dəfn olunub. Yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, özü Məhbubənin qonşusudur. Şəmsiyyə öləndə onun yas mərasimində iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XV-ЖГ № 254235 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1990-cı il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 03 oktyabr 2023-cü il tarixli 3-165/8-15-1072/2023 saylı arayışdan görünür ki, X3 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 03 oktyabr 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 18-1-72/1-M-13xx-xx/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X11 arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1999-cu il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı rayonu Quşçu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Şamaxı rayonu, Quşçu kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.1999-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 fevral 1990-cı il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X1 12 sentyabr 1999-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar