Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1222/2025 03.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/02214 nömrəli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi və hazırki ərizə üçün ödənilmiş dövlət rüsumu olaraq 100 manat pulun Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-423/2025 saylı qətnaməsinə əsasən iddia ərəsi təmin edilərək, cavabdeh Maraqlı şəxs ilə Ərizəçi arasında Şamaxı RİHB-nən Ovculu kəndi İƏD-si üzrə nümayəndəliyində 09 yanvar 2012-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya təşkilatında aşağıdakı şərtlərlə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır: Mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2012-ci il tarixli 01 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvəsində həll ediləcəkdir; mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında yaşamasına razıdırlar; Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür; Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-ci ilin noyabr ayından başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası Ərizəçi ödəmək barədə öhdəlik götürür. Lakin, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanandan sonra Maraqlı şəxs barışıq sazişinin şərtlərinə qismən əməl edərək, yəni ödəniləcək aylıq 400 manat aliment məbləğdən ayda cəmi 100 manat ödəyir. Bu isə uşaqların saxlanılması üçün çox çətinlik yaradır. Barışıq sazişinin tələblərinə tam əməl edilməsindən ötrü Maraqlı şəxs dəfələrlə müraciət etsə də, o sazişi qismən ödəməklə imkanının olmamasını bildirməklə üzərinə götürdüyü öhədliyi yerinə yetirməkdən boyun qaçırır. Hər dəfə də maddi vəziyyətinin buna imkan verməməsini əsas götürərək alimenti tam ödəməkdən könüllü şəkildə icra etməkdən yayınır. Bu səbəbdən də aralarında bağlanmış barışıq sazişinin məhkəmədə təsdiq edilməsini və sazişdən irəli gələn öhdəliklərini məcburi qaydada həyata keçirilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olub. Onu da qeyd edir ki, Maraqlı şəxs rəsmi iş yeri var. Həmin iş yeri "xxxx" QSC-də sürücü-yükləyici işləyir və onun aylıq əmək haqqısı 784 manat təşkil edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-423/2025 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında Şamaxı RİHB-nın Ovculu kəndi İƏD-si üzrə nümayəndəliyində 09 yanvar 2012-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/02214 saylı barışıq sazişində göstərilir ki, mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2012-ci il tarixli 01 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvəsində həll ediləcəkdir; mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında yaşamasına razıdırlar; Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür; Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin noyabr ayından başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası Ərizəçi ödəmək barədə öhdəlik götürür. İş materiallarında olan, AZ-İİİ № 257590 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan, AZ-T № 123609 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilən Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Qeyd edilən Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/02214 saylı barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə uyğun olaraq forma və məzmun şərtlərinə əməl edilməklə bağlanmış və həmin Qanunun 33.3-cü maddəsinin tələbinə əsasən qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamışdır. Mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtləri dəqiq göstərilməklə yuxarıda göstərilən qaydada olmuşdur. Maraqlı şəxs barışıq sazişinin şərtlərindən olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin noyabr ayından başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürsə də, göstərilən şərltərə (öhdəliyə) əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/02214 saylı barışıq barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/02214 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs 2024-cü ilin noyabr ayından başlayaraq hər ay hər uşaq üçün 200 olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1222/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1222/2025
03.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver