Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-123/2022 11.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1928-ci ildə Şamaxı rayonu, İİ Cabanı (Dreryinovka) kəndində anadan olmuş, miras qoyan Şamaxı rayonu, İİ Cabanı kəndində yaşamış X4 29.10.2006-cı il tarixdə Şamaxı rayonu, İİ Cabanı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayon İİ Cahanı kənd sakini X7 2004-cü il 19 sentyabr tarixində özünə məxsus 0,94 ha torpaq sahəsinin ona vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur. Hal-hazırda həmin vəsiyyətnamənin icra olunması üçün Notariat ofisinə müraciət etmiş, ancaq X4 ölümü barədə müvafiq akt qeydi olmadığı üçün vərəsəlik açmaq mümkün olmamışdır. Bu səbəbdən Şamaxı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ona ölüm aktı qeyd olmadığı barədə arayış verilib. X4 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. O, İİ Cabanı kəndində vəfat etmiş və kənd qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi uzun müddətdir tanıyır. Karabanova Anna da İİ Cabanı kəndində yaşamışdır. Onlar yaşlı ər-arvad olmuşlar və övladları olmamışdır. Annaya Zərbalı baxmışdır. Anna vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, o, İİ Cabanı kəndində yaşayır və Ərizəçin çoxdan tanıyır. Karabanova Annada İİ Cabanı kəndində yaşayıb, daha sonra vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan vəsiyyətnamədən görünür ki, Şamaxı rayon 2-ci Cabanı kəndində yaşayan X5 məxsus olan Şamaxı rayon 2-ci Cabanı kəndində yerləşən JN-159 kod 41009028 olan 0,94 ha torpaq sahəsini Şamaxı şəhəri, H.Cidddi küçəsi, ev 15 yaşayan Ərizəçi vəsiyyət etmişdir. İş materiallarından olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının İkinci Cabanı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06.05.2021-ci il tarixli 111 saylı arayışından görünür ki, Şamaxı rayon İkinci Cabanı kənd sakini X8 vəfat edənə kimi Şamaxı rayon İkinci Cabanı kəndində yaşamış və İkinci Cabanı kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarından olan 02.08.2021-ci il tarixli 157 saylı Cabanı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X2 29.06.2005-ci ildə vəfat etmiş və X7 29.10.2006-cı ildə vəfat etmişdir. Qanun üzrə vərəsəsi yoxdur. Vəsiyyətnamə üzrə vərəsəsi Ərizəçidur. İş materiallarında olan 21.08.2021-ci il tarixli 05/Q-721/69 saylı Şamaxı rayon X1 görünür ki, X4 ölüm haqqında akt qeydi 2003-2009-cu illər Şamaxı rayon Qeydiyyat Şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan 20.09.2021-ci il tarixli 833 saylı İcbari Tibbi Sığorta üzrə X12 Sığorta üzrə X12 Ərazi Bölmələrinini İdarəetmə Birliyi Şamaxı rayon X9 Hüquqi şəxsinin məktubundan görünür ki, X3 ölümü barəsində Şamaxı RMX-na bu günədək heç bir müraciət olunmamış və sənəd təqdim edilməmişdir və xəstəxananın arxivində vətəndaşın ölümü barədə heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, XX.XX.1928-ci ildə doğulmuş X3 29.10.2006-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 29 oktyabr 2006-cı il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1928-ci ildə Şamaxı rayonu, İİ Cabanı (Dreryinovka) kəndində doğulmuş X4 29.10.2006-cı il tarixdə Şamaxı rayon 2-ci Cabanı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-123/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-123/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver