Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1230/2024 14.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1946-cı il tarixdə doğulmuş həyat yoldaşı X1 12 iyun 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə 20 mart 1975-ci il tarixdə ailə həyatı qurmuşdur. Həyat yoldaşı xx.xx.1946-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Şamaxı rayonu Yeddi-Günbəz qəbirstanlığında dəfn edilib. Hal-hazırda sənədləşmə işləri ilə bağlı ölüm şəhadətnaməsi ondan tələb olunur. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də Şamaxı rayon Mərkəzi Xəstəxanası ərizənizin icrasından imtina edib. Daha sonra Maraqlı şəxsnə müraciət edib və Maraqlı şəxs xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edib məhkəməyə müraciət etməyi tövsiyyə edib. Belə ki, həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixdə vəfat edərək Şamaxı rayonu Yeddi-Günbəz qəbirstanlığında dəfn edilib. Onun ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada da ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək dindirilməsi zərurəti yarandığı təqdirdə onlara məhkəməyə dəvət edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, ərizəçi qonşusudur. Əlislam iyunun 12-də axşam dünyasını dəyişib. Əlislam 15 gün yataq xəstəsi olub. Evdə rəhmətə gedib. O, yas mərasimində iştirak edib. Əlislam Şamaxı rayonu Yeddi- Günbəz qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, ərizəçi qonşusudur. Əlislam yataq xəstəsi idi. Əlislam iyunun 12-də axşam dünyasını dəyişib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3/65/8-15- 723/2024 saylı məktubundan görünür ki, X3 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 28 iyun 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 18-1-72/2-D-8xx-xx-1484/2024 saylı arayışından görünür ki, X3, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən 12 iyun 2024-cü il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan İ-ЖГ № 295180 saylı arayışın surətindən görünür ki, X3 ilə Ərizəçi arasındakı nikah 20 mart 1975-ci il tarixdə Azərbaycan SSR Salyan Rayon Yenikənd kənd sovetində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 mart 1975-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şükürov”, arvada “Şükürova” soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 12 iyun 2024-cü il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 yanvar 1946-cı il tarixdə Şamaxı rayonu, Padar kəndində anadan olmuş X1 12 iyun 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1230/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1230/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver