Məhkəmə qərarları › İş №2(074)-1244/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1244/2023

23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1244/2023 23.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İş № 2(074)-1244/2023 Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı Rayon Məhkəməsi 23 noyabr 2023-cü il Şamaxı şəhəri Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, X2m katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 60,00 manat olmaqla ümumilikdə 240,00 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Ərizəçi da buna razıdır. Barışıq sazişindən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs öhdəliyinə əməl etmir. Alimenti ödəmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə aralarında hər uşağa görə 60 manat olmaqla 4 uaşağa görə, ümumilikdə 240 manat məbləğində alimentin ödənilməsi barədə saziş bağlansa da Maraqlı şəxs ona aliment ödəməmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs izahat verərək bildirdi ki, barışıq sazişindən sonra cəmi 200,00 manat məbləğində pul ödəmiş, sonradan aliment ödəməyə imkanı olmadığından heç bir məbləğdə pul ödəməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2011-ci il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanılmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində 18 nömrə ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 iddiaçı (anasının) Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İV 021824 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs anası Ərizəçidır. İş materiallarında olan AZ-İİİ 672512 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs anası Ərizəçidır. İş materiallarında olan AZ-İİ 862930 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs anası Ərizəçidır. İş materiallarında olan AZ-İİ 561146 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində birinci tərəf Ərizəçi Ramazan qızı razılaşıb və öhdəlik götürüb ki, 240,00 manat məbləğində alimentin alınmasına razıdır. Mediasiya prosesində ikinci tərəf Maraqlı şəxs razılaşıb və öhdəlik götürüb ki, hər ay dörd uşağa sabit pul məbləğində 240 manat aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs Ramanazan oğlu hər ay dörd uşağa sabit pul məbləğində 240,00 manat aliment ödəməyi öhdəsinə götürsə də da buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs 02 dekabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar