Məhkəmə qərarları › İş №2(074)-1261/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1261/2025

14.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1261/2025 14.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞS/MT030/2024/01222 saylı barışıq sazişinin təsdiq edilməsi, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)/2025 saylı qərardadı ilə barışıq sazişinin indeksasiya olunması nəzərə alınmaqla, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞS/MT030/2024/01222 saylı barışıq sazişində göstərilən tarixdən – 2024-cü ilin iyul ayından hesablanmaqla 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər uşağa görə minimum əmək haqqının 0,5 misli həddində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə rəsmi qeydiyyata alınmaqla nikah bağlayıb. Cavabdehlə birgə nikahlarından 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016-ci il təvəllüdlü X5 anadan olmuşlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X4 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından olan uşaqlar onun himayəsindədir. Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında MŞS/MT030/2024/01222 saylı barışıq sazişi bağlayaraq nikahın pozulması, uşaqların onun himayəsində qalması, uşaqla görüş, həmçinin hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin Maraqlı şəxs tərəfindən hər ay ona ödənilməsinə dair razılığa gəliblər. Barışıq sazişinə əsasən Maraqlı şəxs hər ay aliment məbləğini könüllü ödəməli idi. Lakin cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyərək alimenti ödəmir. Bələ olan halda barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Onu da qeyd edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞS/MT030/2024/01222 saylı barışıq sazişinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə sabit pul məbləğində tutulmalı olan aliment məbləği indeksasiya edilməsi və həmin saziş üzrə hər ay hər uşağa görə sabit pul məbləğində tutulmalı olan aliment məbləği indeksasiya edilərək minimum əmək haqqının məbləğinin 0.50 misli həddində indeksasiya aparılması qərara alınmışdır. Həmin məhkəmə iclasında maraqlı şəxs izahat verərək, bu ilin yanvarından ödəniş etməyə başladığını bildirmişdir. Bu izahatın özü də barışıq sazişinin könüllü icra müddətində cavabdeh tərəfindən ödəniş edilmədiyini göstərir. Maraqlı şəxs hər hansı ödəniş etməsi barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2014-ci il tarixli, 2352 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müssəvisində həll ediləcək. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X5 atası — Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə ) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2015ci il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü il iyul ayından başlayaraq hər ay, hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində almenti (hər ayın sonuncu günüdən gec olmayaraq) anası - Ərizəçi Ramız qızına ödəmək barədə öhdəlik götürür. İş materiallarında olan AZ-İİİ № 543788 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10 mart 2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan AZ-İİİ № 878429 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 iyul 2016-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Buna görə də məhkəmə hesab edir ki, ərizənin “Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)/2025 saylı qərardadı ilə barışıq sazişinin indeksasiya olunması nəzərə alınmaqla, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞS/MT030/2024/01222 saylı barışıq sazişində göstərilən tarixdən – 2024-cü ilin iyul ayından hesablanmaqla 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər uşağa görə minimum əmək haqqının 0,5 misli həddində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi” hissəsi təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılsın. 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs övladları 10 mart 2015-ci il təvəllüdlü X2 və 05 iyul 2016-cı il təvəllüdlü X5 ilə hər hansı (ay gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar