Məhkəmə qərarları › İş №2(074)-1301/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1301/2024

09.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1301/2024 09.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış MSŞ.MT.030.2023-02128/2023 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi onunla Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixli MSŞ .MT.030.2023-02128/2023 saylı barışıq sazişi bağlanmışdır ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək məhdudiyyət qoymadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağına Maraqlı şəxs razılıq vermiş və bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Ünsiyyətdə olma ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya reyesterində qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış MSŞ.MT.030.2023-02128/2023 saylı barışıq sazişinin şərtlərinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlmişlər ki, Ərizəçi onunla Maraqlı şəxs arasında, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 ilə hər həftənin şəribə və bazar günləri saat 12:00-dan 15:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağına razıdır və barədə Maraqlı şəxs öz üzərinə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs qeyd edilən banşıq sazişinin könüllü icrasından imtina edir, barışıq sazişinin bağlanmasından doqquz aydan artıq vaxt keçməsinə baxmayaraq, barışıq sazişi ilə təsdiq edilmiş öhdəliyi yerinə yetirmir. Belə ki, barışıq sazişinə əsasən olan öhdəliyi ilə, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına heç bir əsas olmadan maneçilik törədərək, atanın- Ərizəçi uşaqları ilə sərbəst şəkildə-sazişin şərtlərinə uyğun olaraq, görüşüb ünsiyyətdə olmalarını təmin etməməldə ünsiyyətdən imtina edir. Yəni Maraqlı şəxs birgə nikahdan doğulmuş Aydan və Ayxan adlı, övladları ilə Ərizəçi sərbəst şəkildə (Maraqlı şəxs iştirakı olmadan) görüşməyi icazə vermir, maneçilik törədir və uşaqlarla atanın, ünsiyyətdə olma, həm də uşaqların atası ilə ünsiyyətdə olma hüquqlarını pozur və ünsiyyətdən qəsdən imtina edir. Maraqlı şəxs bu hərəkətləri (hərəkətsizlikləri) barışıq sazişinin şərtlərinin onun tərəfindən pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X8 izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mediasiya təşkilatında maraqlı şəxslə arasında barışıq sazişi bağlanılsa da, maraqlı şəxs barışıq sazişi ilə təsdiq edilmiş öhdəliyi yerinə yetirmir. Barışıq sazişi bir müddət icra edilmiş, lakin həmin vaxt Maraqlı şəxs da orada iştirak etmiş, lakin bir dəfə oğlu ilə aralarında mübahisə yarandığından sonradan uşaqları görüşə gətirməmişdir. Mübahisədən sonra oğlunun uşaqları ilə ünsiyyətdə olub-olmamalarını dəqiq bilmir, lakin yadındadır ki, oğlu bir dəfə mübahisədən sonra da uşaqları ilə ünsiyyətdə olub. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verib bildirdi ki, mediasiya prosesində ərizəçi ilə razılıq əldə olunmuşdur. O uşaqların Ərizəçi ilə görüşüb ünsiyyətdə olmasına mane olmur. Ona aydındır ki, barışıq sazişində onun iştirakı ilə görüşün keçirilməsi nəzərdə tutulmayıb. Lakin görüşdə iştirak etməyinin səbəbi xx.xx.2020-ci il təvəllüdlü X1 problem olduğu üçün daim onun yanında olmaq istəyidir. Bundan başqa Zaur həmişə görüş üçün “Asan” xidmət mərkəzinin parkında olduğunu və uşaqları ora gətirməyi ona dediyindən o, uşaqları özü ora aparmışdır. Ərizəçila aralarında olan mübahisədən sonra o. yenədə uşaqların ataları ilə görüşmələrinə etiraz etmir. Hətta ondan sonra Zaur bir dəfə uşaqları ilə görüşüb. Zaur özü uşaqlarını sazişdə nəzərdə tutulmuş müddətdə nə vaxt istəsə yenə də uşaqları ilə ünsiyyətdə ola bilər. Lakin o, gəlib görmək istəmir. İş materiallarında olan mediasiya təşkilatında bağlanan barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək məhdudiyyət qoymadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə razılığa gəlmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə məhkəmədə baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 355-23.1-ci maddəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında proses iştirakçılarının izahatlarından eyni zamanda iş materiallarından görünür ki, ərizəçi uşaqları ilə ünsiyyətdə olmasına dair Maraqlı şəxs arasında mediasiya prosesindən barışıq sazişi imzalanmasına baxmayaraq ərizəçi uşaqları ilə sərbəst sürətdə görüşmək üçün getməmiş hazırki ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçiyə izah edir ki, o, ilkin olaraq maraqlı şəxslə aralarında bağlanılmış barışıq sazişinin şərtlərinin könüllü icrası üçün maraqlı şəxsə müraciət etməli, maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etmədikdə isə Azərbaycan Respublikasının Mülki Prosesual qanunvericiliyinin tələblərinə uyğun olaraq mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilidyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 8746, əməliyyat İD ********* olan) 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 8746, əməliyyat İD ********* olan) 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar