Məhkəmə qərarları › İş №2(074)-1303/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1303/2025

18.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1303/2025 18.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Gözəlova Gülcənnət İlkin qızının katibliyi ilə, İddiaçı və cavabdeh “X18” X13 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X18” X8rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqlarının ödənilməsi tələbinə” dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X18” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2025-ci il tarixli əmrin ləğv olunması, X18 X10 hər hansı işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqlarının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1999-cu il tarixdə X4 X2 Azərbaycan filialının “Mühəndis İqtisadiyyatı və İdarəetmə” ixtisası üzrə bakalavr dərəcəsi ilə ali təhsil barədə diplom almışdır. 01 aprel 1999-cu il tarixdə 30 saylı əmrlə X14 təsərrüfat müdiri işinə qəbul edilmişdir. İşlədiyi müddətdə işində heç bir nöqsana yol verməmişdir. İşinin öhdəsindən layiqincə gəlmişdir. Hər hnası inzibati tənbeh və cəza almamışdır. Hətta 15 sentyabr 2023-cü il tarixdə ictimai işlərdə fəal iştirakına görə “fəxri fərman” da almışdır. Fasiləsiz olaraq, 1999-cu il tarixdən 2025-ci il tarixə kimi “X18” X15 işləmişdir. 15 aprel 2025-ci il tarixli, 21/1 nömrəli əmrlə Azərbaycan Respublikasının Baş Nazirinin 29 yanvar 2024-cü il tarixli qərarına əsasən, “Təsərrüfat müdiri” ştatı ixtisara düşdüyünə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 10 fevral 2025-ci il tarixdə ona bu barədə xəbərdarlıq məktubu göndərilmişdir. Mart 2025-ci il tarixdə X18 X13 binaların təmiri üzrə texniki işçisi vəfat etmiişdir. 03 aprel 2025-ci il tarixdə o həmin işə keçirilməsi barədə cavabdeh müəssisəyə müraciət etsə də, bu vaxta kimi işlə təmin olunmamışdır. Halbuki, o işdən azad ediləndən sonra Liseydə olan boş qalan vakant iş yerlərinə bir neçə nəfər işə qəbul edilmişdir. Hansı ki, qanunvericiliyə əsasən boşalan iş yerlərinə ixtisası uyğun gəldiyindən ilk növbədə ona həmin iş təklif edilməlidir. Müdriyyətin bu işi ona təklif etməsi onun vəzifə borcu olmasına baxmayaraq, o özü həmin işə qəbul edilməyi barədə ərizə ilə müraciət etmişdir. Ərizəsi qeydiyyata da, alınmışdır. Lakin, müdriyyət bu işi ona verməyərək kənardan başqa bir şəxsi işə götürmüşdür. O, ali təhsilli olsa da, öz razılığı ilə hər hansı işə də, keçməsinə razıdır. O, işdən azad olunarkən həmkarlar təşkilatının razılığı alınmamaqla əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. O, işə bərpa edilməsi ilə əlaqədar əmək müfəttişliyinə müraciət etmişdir. Ona heç bir cavab verilməyib. Əlavə olaraq bilririr ki, onun oğlu X9 2-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Orden və medalları var. Həyat yoldaşı işsizdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında idiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X18” X13 nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçı 1999-cu ildən başlayaraq şagird (tələbə) kontingenti sayından asılı olaraq müxtəlif işlərdə, təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Sonuncu dəfə liseydə mövcud olan şagirdlərin sayı 250 nəfərdən az olduğuna görə təsərrüfat işləri üzrə direktor müavini ştatı ixtisar olduğu üçün xx.xx.2014-cü il tarixli, 52 nömrəli əmrlə təsərrüfat müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı ixtisasına uyğun olaraq liseydə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. AR Nazirlər Kabinetinin 19 may 1996-cı il tarixli, 51 nömrəli Qərarına əsasən 2024-2025-ci tədris ilində ixtisas qruplarının sayı artaraq 19-a çatdığına görə “Təsərrüfat müdiri” ştatı ixtisar olunmuş, əvəzində “inzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatı yaranmışdır. Bunun əsasında müəssisələrinin xx.xx.2025-ci il tarixdə yenilənərək təsdiqlənmiş ştat cədvəlində “Təsərrüfat müdiri” ştatı ixtisar kimi qeyd edilmişdir. İddiaçının tutduğu vəzifənin ixtisar olunması il əlaqədar AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən yazılmış xəbərdarlıq mətubu iddiaçıya təqdim olunmuşdur. xx.xx.2025-ci il tarixdə lisey həmkarlar təşkilatına “Təsərrüfat müdiri” ştatının ixtisara düşməsinə və iddiaçının “Əməliyyatçı mühasib” qrupunda ixtisas fənn müəllimi kimi tədris ilinin sonunadək – 30 iyun 2025-ci il tarixədək qalıq dərslərini deməyə münasibət bildirilməsi ilə əlaqədar müraciət olunmuşdur. Məsələyə həmkarlar komitəsində xx.xx.2025-ci il tarixdə baxıldıqdan sonra protokoldan çıxarış onlara təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə xəbərdarlıq müddəti bitdiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqı, son haqq hesab ödənişləri təmin edilmişdir. Xəbərdarlıq dövründə iddiaçıya “İnzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatı üzrə xx.xx.2025-ci il tarixdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqəyə qatılmaq tövsiyyə edilmişdir və o, müsabiqədə iştirak etmişdir. Müsabiqənin nəticəsi ilə bağlı hər hansı məlumatları yoxdur. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək başqa işlə təmin olunmasını xahiş etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İxtisas fənn müəlliləri və istehsalat təlim ustalarının işə qəbulu müsabiqəsi”ndə ixtisasına uyğun vakant yerlərə müraciət etməyi tövsiyyə edilir. “Binalarda xidmət üzrə texnik” ştatı yalnız xx.xx.2025-ci il tarixdə X3 vakant bankına yerləşdiriləndən sonra xx.xx.2025-ci il tarixdə X11 Məşğulluq Filialının göndərişi əsasında həmin ştata tam şəkildə işgüzarlıq keyfiyyətləti yoxlanılaraq işçi götürülmüşdür. Göstərilənlərə əsasən, iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Yəhyazadə oğlu 1999-cu ildə X4 X2 Azərbaycan filialını bitirmiş, ona “Mühəndis İqtisadiyyatı və İdarəetmə” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı Yəhyazadə oğlu liseyin ictimai işlərində fəal iştirakına görə təltif edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 52 nömrəli əmrdən çıxarışdan görünür ki, Dadaşov X1 işləri üzrə direktoru müavini ixtisar edildiyindən liseydə təsərrüfat müdiri kmi saxlanılmışdır. İş materiallarından görünür ki, “X18” PHŞ tərəfindən xx.xx.2025-ci il tarixli, 10 nömrəli məktub əsasında İddiaçı Yəhyazadə oğluna “Təsərrüft müdiri” ştatının ixtisara düşdüyü üçün onunla bağlanmış əmək müqaviləsinə xəbərdarlıq müddəti bitdikdən sonra xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdeh müəssisəyə müraciət edərək, Liseyin boşda qalan iş yerləri üzrə onun işlə təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 31 nömrəli məktubun surətindən görünür ki, “X18” PHŞ tərəfindən Həmkarlar təşkilatına “Təsərrüfat müdiri” ştatının ixtisara düşməsinə və iddiaçının “Əməliyyatçı mühasib” qrupunda ixtisas fənn müəllimi kimi tədris ilinin sonunadək – 30 iyun 2025-ci il tarixədək qalıq dərslərini deməyə münasibət bildirilməsi ilə əlaqədar müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş “X18” PHŞ-in Həmkarlar təşkilatının komitə iclasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli protokolundan Çıxarışın surətindən görünür ki, “Təsərrüfat müdiri” vəzifəsinin qanunla nəzərdə tutulmuş qaydada ixtisar olunmasına, tədris ilinin əvvəlindən nəzərdə tutulmuş dərslərin ilin sonunadək deyilməsi üçün İddiaçıla müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdeh müəssisəyə müraciət edərək xx.xx.2025-ci il tarixədək ona verilən dərsləri tədris olunmasına köməklik edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 35 nömrəli məktubun surətindən görünür ki, “X18” PHŞ tərəfindən iddiaçıya 2025-2026-cı tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirəcəyi ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsində ixtisasına uyğun qaydada iştirak etməyi tövsiyyə edilmişdir. İş matriallarında olan xx.xx.2025-ci il tarixli, 21/1 və 21/2 nömrəli əmrlərdən çıxarışdan görünür ki, İddiaçı Yəhyazadə oğli ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən etibarən xitam verilməsi, ona əmək məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti və sonuncu haqq-hesab ödənilməsi, onunla xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılaraq tarifləşmə cədvəlinə əsasən ona verilmiş dərsləri ixtisas fənn müəllimi kimi tədris etməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə təsdiqlənmiş Ştat cədvəlinin surətindən görünür ki, “Təsərrüfat müdiri” ştatı ixtisar olaraq (V-İnzibati təsərrüfat heyəti bölməsi 2-ci xana) göstərilmişdir. İş materiallarına əlavə edilmiş AR ƏƏSMN yanında X7 Xidməti Dağlıq-Şirvan regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının “X18” PHŞ-də yenidən işə bərpa olunması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, AR Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlamaq, onun şərlətlərini dəyişmək və s. işəgötürənin əsas hüququdur. Həmçinin, həmin məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak etmiş, lakin imtahan mərhələsində yetərli bal toplamadığı üçün müsahibə mərhələsinə dəvət olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dadaşov X5 Peşə Liseyinə təsərrüfat müdiri kimi işə qəbul olunmuşdur. O, ixtisasına uyğun olaraq liseydə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996cı il tarixli, 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 29 yanvar 2024-cü il tarixli Qərarına əsasən 2024-2025-ci tədris ilində ixtisas qruplarının sayı 19-a çatdığına görə “Təsərrüfat müdiri” ştatı ixtisara düşdüyündən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən azad edilmişdir. Həmin Qərar əsasında “Təsərrüfat müdiri” ştatı əvəzinə yaradılan “İnzibati-təsərrüfat işləri üzrə direktor müavini” ştatı üzrə işə qəbul Peşə Təhsili Üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən müsabiqə əsasında həyata keçirilir. İddiaçı 15 mart 2025-ci il tarixdə keçirilən müsabiqədə iştirak etsə də, yetərli bal toplamadığı üçün müsahibə mərhələsinə dəvət edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil olmaması müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər sırasına daxil olmaması müəyyən edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh “X18” X17 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayyət edilmişdir. İddiaçıya əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş xəbərdarlıq məktubu müəyyən edilmiş müddətlər gözlənilməklə göndərilmiş və əmək qanunvericiliyi ilə nəzərə tutulmuş qaydada işdənçıxarma müavinatları ödənilmişdir. Göründüyü kimi, “X18” X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 21/1 saylı əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir. İddia tələbinin iddiaçının “X18” X10 hər hansı işə bərpa olunması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsi bağlamaq işəgötürənin əsas hüquqları hesab edilir. Məhz bu səbəbdən də, “X18” X17 işçi ilə əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinin tələbinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüququdur. İddia tələbinin məcburi işburaxma üçün əmək haqqlarının cavabdehin hesabına iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “X18” X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 21/1 saylı əmri qanuni və əsaslı hesab edildiyindən iddiaçının məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. 43-cü maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və mövcud qanunvericiliyin normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, işdən azad olunma barədə əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı “X18” X8rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqlarının ödənilməsi tələbinə” dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar