Məhkəmə qərarları › İş №2(074)-133/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-133/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-133/2022 01.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 1952-ci il tarixdə Şamaxı rayonu Nüydü kəndində anadan olmuş X2nun 04 fevral 2016-cı il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Nüydü kəndində yaşayır. X2 04 fevral 2016-cı il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində beyin iflicindən vəfat etmişdir. Onun adına torpaq sahəsi var, ona vərəsəlik açdırmaq istəyir. Lakin ölüm akt qeydiyyatı aparılmadığından bu gün onun ölümü barədə şəhadətnamənin alınması başqa yolla mümkün deyil. X2 1952-ci ildə Şamaxı rayonu Nüydü kəndində anadan olmuşdur. Son vaxtlarında atası Ramana qəsəbəsində yaşamış, elə orada evdə beyin iflicindən vəfat etmiş və Ramana kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar, tanışlar iştirak etmişlər. Onlar da təsdiq edə bilərlər ki, X2 həqiqətən də 04 fevral 2016-cı il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində vəfat etmişdir. Başları yasa qarışdığından onun ölümünü vaxtında qeyd etdirə bilməmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin qohumdur. X1 rayonu Ramana qəsəbəsində dəfn olunmuşdur. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, X7 onun qardaşıdır. O, 2016-cı ildə beyin iflicindən vəfat etmiş və Ramana kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə ifadə verib bildirdi ki, mərhum 2016-cı ildə Sabunçu rayonu Ramana qəsəbəsində vəfat etmiş və ordana dəfn olunmuşdur. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan İİ-ЖГ 379198 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22.03.1952-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarından olan İ-ЖГ 275217 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X10 arasındakı nikah 01.07.1974-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01.07.1974-cü il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məhərrəmov”, arvada “Məhərrəmova” soyadı verilmişdir. İş materiallarından olan V-ЖГ 293320 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X2, anası X5r. İş materiallarından olan 15.11.2021-ci il tarixli X14, X16 və X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X7 04 fevral 2016-cı ildə Bakı Şəhəri Sabunçu rayonu Ramana kəndində ölmüş və həmin tarixdə onların iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu Ramana kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 18.11.2021-ci il tarixli 05/Q-1152/15 saylı məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən Ərizəçi 04.02.2016cı ildə Şamaxı rayonu Nüydü kəndində ölmüş X2nun ölümünün qeydə alınması ilə bağlı müraciətinə baxıldığı, ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin təqdim edilməli olduğu və ya bu sənəd olmadıqda isə ölüm faktının məhkəmə qaydasında təsdiq ediməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi atası Ərizəçi ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 04 fevral 2016-cı il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 mart 2022-ci il tarixdə Şamaxı rayonu Nüydü kəndində doğulmuş X4 04 fevral 2016-cı il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar