Məhkəmə qərarları › İş №2(074)-133/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-133/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-133/2023 06.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş bacısı X8 xx.xx.1968-ci il tarixdə Şamaxı rayonu, 2-ci Cabanı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6, anası X3 ilə xx.xx.1962-ci ildə rəsmi qaydada nikaha daxil olmuşlar. X6 xx.xx.1997-ci il tarixdə, anası X3 isə xx.xx.1986-cı ildə ölmüşlər. Onun xx.xx.1968-ci il təvəllüdlü bacısı X13 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. Onu Şamaxı rayonu 2-ci Cabanı kənd qəbirsanlığında rəhmətə getmiş qohumlarının qəbirlərinin yanında basdırılmışlar. Bacısı ölümündən sonra valideynləri müəmmalı səbəblərdən, ola bilsin ki, bacısı çox az müddətdə yaşayıb öldüyü üçün sarsıntı keçirdiklərindən, bacısına aid ölüm şəhadətnaməsini qanunla müəyyən edilmiş vaxtda rayon qeydiyyat şöbəsindən almamışlar. Rəhmətlik bacısının dəfnində və yas mərasimində yaxınları, tanışları və kənd camaatı iştirak etmişlər. Onları zərurət yaranarasa məhkəmə iclasına şahid kimi dəvət edəcək. Hazırda bacısının ölüm haqqında şəhadətnaməsi əldə etməkdən ötrü aidiyyatı təşkilatlara müraciət etsə də, ölüm şəhadətnaməsi məhkəmədən kənar başqa qaydada əldə etmək mümükün olmuşdur. Məhkəmə araşdırması zamanı mərhum bacısının yas mərasimində və dəfnində iştirak edən şəxsləri şahid qısmında məhkəməyə təqdim edilməsini təmin edəcək. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, Böyük Xınıslı kəndində yaşayır, ərizəçi ilə həmkəndlidir. 1968-ci ildə X1 rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, Böyük Xınıslı kəndində yaşayır. Ərizəçi xalası nəvəsidir. 1968-ci ildə X1 rəhmətə getmişdir. Yas mərasimində iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 24 iyul 2021-cı il tarixli, 05/Q-615/69 saylı arayışdan görünür ki, X16 ilə X3 arasında nikah xx.xx.1962-ci ildə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1962-ci il tarixdə 65 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Ömərov”, arvada “Ömərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 691873 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1997-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 157941 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1986-cı ildə ölmüşdür. İşmateriallarında olan İ-ЖГ № 478116 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1973-cü il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X6, anası X5r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 27 oktyabr 2021-ci il tarixli 05/Q-962/69 saylı arayışdan görünür ki, xx.xx.1968-ci ildə Şamaxı rayonunda anadan olmuş X8 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X18 məktubundan görünür ki, ərizəçinin bacısı Şamaxı rayon, Cabanı kəndində qeydiyyatda olan Ərizəçi ondan ötrü ki, onun bacısı 1968-ci il təvəllüdlü X8 Şamaxı RMX-na ölüm haqqında müraciəti olunmamışdır və ona heç bir tibbi şəhadətnamə verilmədiyi üçün arxiv şöbəsində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X8 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 16 may 1968-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 03 yanvar 1968-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş X8 16 may 1968-ci il tarixdə Şamaxı rayonu, 2-ci Cabanı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar