Məhkəmə qərarları › İş №2(074)-1347/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1347/2025

31.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1347/2025 31.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya təşkilatında xx.xx.2025ci il tarixdə bağlanmış MŞA.MT.043.2025-00456 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23 iyun 2025-ci il tarixli, MŞA.MT.043.2025-00456 saylı barışıq sazişinə əsasən, mediasiya sessiyasında (prosesində) hər iki tərəf birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Ərizəçi himayəsində saxlanılmasına razıdırlar; mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs, Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin hər ayın 10 tarixinə kimi Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Mediasiya sessiyasında (prosesində) Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öz üzərinə öhdəlik götürür. Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs, Ərizəçi məxsus olan 8200 (səkkiz min iki yüz) manat dəyərində qızıl-zinət əşyalarını (1 ədəd tros sep., sarı qızıl, 26 qram, əyyar 583, qiymət 3000 manat; 1 ədəd qızıl saat, brilyant qaşlı, sarı qızıl, 583 əyyar, 29 qram, qiyməti 2900 manat, 1 ədəd komplekt “Fantaziya” (1 ədəd (bir cüt) sırğa, 1 ədəd üzük), sarı qızıl, 583 əyyar, brilyant qaşlı, 23 qram, qiyməti 2300 manat) könüllü olaraq xx.xx.2025-ci il tarixə kimi həmin qızıl-zinət əşyalarının 8200 (səkkiz min iki yüz) manat məbləğində dəyərini Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Mediasiya sessiyasında (prosesində) hər iki tərəf bir- birinə qarşı heç bir şərt irəli sürmədən, qarşılıqlı razılığa gəldilər ki, birgə nikah dövründə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən sənədsiz yarıtikili evə görə Maraqlı şəxs 15.000 (on beş min) manat məbləğində pulu xx.xx.2025-ci il tarixə kimi Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Mediasiya sessiyasında (prosesində) Ərizəçi gələcəkdə Maraqlı şəxs qarşı əmlak tələbi olmayacağına razıdır və bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, barışıq sazişi bağlanmasına baxmayaraq, X4 ona aliment ödəməkdən imtina edir və barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞA.MT.043.2025-00456 saylı barışıq sazişində göstərilir ki, mediasiya sessiyasında (prosesində) hər iki tərəf birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Ərizəçi Arar qızının himayəsində saxlanılmasına razıdırlar; mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs, Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin hər ayın 10 tarixinə kimi Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs, Ərizəçi məxsus olan 8200 (səkkiz min iki yüz) manat dəyərində qızıl-zinət əşyalarını (1 ədəd tros sep, sarı qızıl, 26 qram, əyyar 583, qiymət 3000 manat; 1 ədəd qızıl saat, brilyant qaşlı, sarı qızıl, 583 əyyar, 29 qram, qiyməti 2900 manat, 1 ədəd komplekt “Fantaziya” (1 ədəd (bir cüt) sırğa, 1 ədəd üzük), sarı qızıl, 583 əyyar, brilyant qaşlı, 23 qram, qiyməti 2300 manat) könüllü olaraq xx.xx.2025-ci il tarixə kimi həmin qızıl-zinət əşyalarının 8200 (səkkiz min iki yüz) manat məbləğində dəyərini Ərizəçi qızma ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən, qarşılıqlı razılığa gəldilər ki, birgə nikah dövründə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən sənədsiz yarımtikili evə görə Maraqlı şəxs 15.000 (on beş min) manat məbləğində pulu xx.xx.2025-ci il tarixə kimi Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) Ərizəçi gələcəkdə Maraqlı şəxs qarşı əmlak tələbi olmayacağına razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış və həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Barışıq sazişi ilə Maraqlı şəxs öz üzərinə öhdəlik götürsə də, barışıq sazişinin şərltərinə əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞA.MT.043.2025-00456 saylı barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞA.MT.043.2025-00456 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Mediasiya sessiyasında (prosesində) hər iki tərəf birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Ərizəçi Arar qızının himayəsində saxlanılmasına razıdırlar; mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs, Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin hər ayın 10 tarixinə kimi Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2014cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs, Ərizəçi məxsus olan 8200 (səkkiz min iki yüz) manat dəyərində qızıl-zinət əşyalarını (1 ədəd tros sep, sarı qızıl, 26 qram, əyyar 583, qiymət 3000 manat; 1 ədəd qızıl saat, brilyant qaşlı, sarı qızıl, 583 əyyar, 29 qram, qiyməti 2900 manat, 1 ədəd komplekt “Fantaziya” (1 ədəd (bir cüt) sırğa, 1 ədəd üzük), sarı qızıl, 583 əyyar, brilyant qaşlı, 23 qram, qiyməti 2300 manat) könüllü olaraq xx.xx.2025-ci il tarixə kimi həmin qızılzinət əşyalarının 8200 (səkkiz min iki yüz) manat məbləğində dəyərini Ərizəçi qızma ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən, qarşılıqlı razılığa gəldilər ki, birgə nikah dövründə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən sənədsiz yarımtikili evə görə Maraqlı şəxs 15.000 (on beş min) manat məbləğində pulu xx.xx.2025-ci il tarixə kimi Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür; mediasiya sessiyasında (prosesində) Ərizəçi gələcəkdə Maraqlı şəxs qarşı əmlak tələbi olmayacağına razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar