Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-135/2025 11.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyul 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş X1 14 dekabr 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 28 iyul 1985-ci il tarixdə anadan olmuş, 14 dekabr 1985-ci il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsində vəfat etmişdir. Həmin vaxt onun ölüm şəhadətnaməsinin ala bilməmişdir. Hazırda evdə vərəsəlik məsələsi həll edilməlidir. Ona görə də, uşağın ölüm şəhadətnaməsi tələb olunur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi onun qohumudur, həqiqətən Ərizəçi oğlu Mehral 1985-ci ilin dekabr ayında körpə yaşında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudur, onun oğlu Mehral körpə yaşlarında vəfat etmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 28 iyul 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş, atası X7, anası Ərizəçidır. İş materiallarında olan 09 mart 2024-cü il tarixli 3165/8-75-345/2024 saylı Maraqlı şəxs arayışından görünür ki, X4 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 18-1- 72/2-M-315-41-580/2024 saylı arayışında göstərilir ki, ərizəçinin oğlu 28 iyul 1985-ci il təvəllüdlü X5 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və Miqrasiya İdarəsinin 30 yanvar 2025-ci il tarixli 18/2-2715/25 saylı məktubunda göstərilir ki, 28 iyul 1985-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi övladının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 28 iyul 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş X1 14 dekabr 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 28 iyul 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş X1 14 dekabr 1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-135/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-135/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver