Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1352/2024 23.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 may 2024-cü il tarixdə Sumqayıt 1 saylı X3 Anar Aydın oğlu ilə aralarında bağlanmış MŞS/MT030/2024/00983 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 30 oktyabr 2013-cü il tarixdə 383 nömrə ilə qeyd edilməklə, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuş, nikahları Şamaxı rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X5, xx.xx.2018-ci il tarixdə X6 doğulmuşdur. Nikaha daxil olduqdan sonra, Maraqlı şəxs ailəyə baxmaması səbəbindən faktiki ayrılmış və artıq 3 ildir ki, atasının kirayədə yaşadığı ünvan 1 ünvanında yaşayır. Uşaqlar onun himayəsindədir. Maraqlı şəxs isə Şamaxı şəhərində yaşayır. Məhkəməyə müraciət edilməzdən əvvəl, mediasiyaya müraciət edilmiş, mediasiya xidmətləri göstərilməsi barədə xx.xx.2024-cü il tarixli müqavilə bağlanılmiş, uşaqlara aliment ödənilməsi barədə barışıq sazişi bağlanılmış, lakin nikahın pozulması barədə mübahisənin məhkəmə müstəvisində həll edilməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli barışıq sazişində xx.xx.2015-ci il doğum tarixli X5 və xx.xx.2018-ci il doğum tarixli X1 üçün Maraqlı şəxs hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 alimentin iyun ayının 1-dən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Ərizəçi ödəyəcəyinə dair razılaşaraq, öhdəlik götürmüşdür. Bundan əlavə, barışıq sazişində uşaqların valideynlərdən anası - Ərizəçi yanında saxlanılması, eyni zamanda uşaqların atası Maraqlı şəxs ilə ünsiyyət hüququna məhdudiyyətlər olmaması barədə razılaşmışlar. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə dair ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2024-cü il tarixdə Sumqayıt 1 saylı X2 Afaq Alim qızı ilə Maraqlı şəxs arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2024/00983 nömrəli barışıq sazişində göstərilir ki, tərəflərin rəsmi nikahından doğulmuş 20 aprel 2015ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat alimentin iyun ayının 1-dən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürdü; Maraqlı şəxs övladları 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razıdır; Ərizəçi 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 ataları Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürdü. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(074)-1033/2024 nömrəli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 30 oktyabr 2013-cü il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 383 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, hazırki iş üzrə Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 06 may 2024-cü il tarixdə Sumqayıt 1 saylı X2 Afaq Alim qızı ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024/00983 nömrəli barışıq sazişi təsdiq edilməldiir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 06 may 2024-cü il tarixdə Sumqayıt 1 saylı X2 Afaq Alim qızı ilə Maraqlı şəxs arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2024/00983 nömrəli barışıq sazişi təsdiq edilsin: “Tərəflərin rəsmi nikahından doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat alimentin iyun ayının 1-dən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürdü; Maraqlı şəxs övladları 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razıdır; Ərizəçi 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 ataları Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürdü”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1352/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1352/2024
23.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver