Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1368/2024 29.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 nümayəndəsi X5 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 qıızının “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyul 1975-ci ildə Şamaxı şəhərində doğulmuş X1 01 avqust 1975-ci ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, övladları X3 01 avqust 1975-ci ildə vəfat emişdir. Lakin, bu ölüm barədə müvafiq sənədləşdirmə olmadığına görə, onun üçün ölüm haqqında şəhadətnamə almamışlar. Aidiyyəti üzrə müraciət etmişlər, Şamaxı RMXda 1975-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamə verilməməsi göstərilmişdir. Maraqlı şəxsnə müraciət etmiş, cavab verilmişdir ki, X3 barədə Vətəndaşlıq vəziyyəti aktı aşkarlanmamışdır. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi X5 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, uzun illərdir ərizəçilərlə qonşudur. Həqiqətən də, onların Aybəniz adlı övladları 1 aylıq olarkən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçilərlə qonşu olmuşdur. Onların Aybəniz adlı qızları körpə ikən vəfat etmişdir. Məhkəmə ərizəçiləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 27 iyun 2024-cü il tarixli 3-16-5/8-69- 464/2024 saylı arayışından görünür ki, X3 18 iyul 1975-ci ildə Şamaxı şəhərində anadan olmuşdur, atası Ərizəçi1 Muğdət oğlu, anası Ərizəçi2dır. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 28 iyun 2024-cü il tarixli 18-1-72/2-M-7xx-xx-1456/2024 saylı arayışından görünür ki, 18 iyul 1975-ci il təvəllüdlü X3, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-da 1975-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsi məlum deyildir. İş materiallarında olan Maraqlı şəxs 27 iyun 2024-cü il tarixli, 3161/8-15-720/2024 saylı məktubunda göstərilir ki, X1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasınınm Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və Miqrasiya idarəsinin 24 sentyabr 2024-cü il tarixli 18/2-16796/2024 saylı məktubunda göstərilri ki, X1 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər uşaqlarının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən habelə, 18 iyul 1975-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X1 01 avqust 1975-ci ildə Şamaxı şəhərində ölməsi ərizəçilərin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçilər mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 18 iyul 1975-ci ildə Şamaxı şəhərində doğulmuş X1 01 avqust 1975-ci ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1368/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1368/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver