Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-137/2025 28.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 avqust 1955-ci il təvəllüdlü qardaşı X1 15 iyul 1960-cı il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 20 avqust 1955-ci il təvəllüdlü qardaşı X4 15 iyul 1960-cı il tarixdə Şamaxı şəhərində vəfat etmiş və qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt onun ölüm şəhadətnaməsini ala bilməmişdir. Vərəsəlik məsələsi həll edilməlidir. Ona görə də, notariat kontordan qardaşının ölüm şəhadətnaməsi tələb olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, o, Ərizəçi bacısıdır. Durasanda allergiya var idi. Boğazı ağrıdı, 1 həftə xəstəxanada yatdı sonra rəhmətə getdi. “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunub. Xəstəxanada və ya evdə rəhmətə getməsini dəqiq xatırlamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, o, Ərizəçi qonşusu və qohumudur. Onlar ailədə 10 uşaq olublar, 7 bacı və 3 qardaş. Durasanın boğazında xəstəlik olub, Şamaxıda xəstəxanaya aparıblar, müalicənin xeyri olmadı sonra rəhmətə getdi. “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 31 avqust 2023-cü il tarixli, 3-16-5/8-69- 826/2023 saylı arayışından görünür ki, X4 20 avqust 1955-ci ildə Şamaxı rayonu, Kərkənc kəndində anadan olmuşdur. Bu barədə 25 avqust 1955-ci il tarixində Şamaxı rayon Kərkənc kənd icra nümayəndəliyi tərəfindən 46 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-845/2023 saylı məktubundan görünür ki, X4 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 15 iyul 1960-cı il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şamaxı RMX-da 1960-cı ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün X3 ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X1 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 15 iyul 1960-cı il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 20 avqust 1955-ci il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində anadan olmuş X1 15 iyul 1960-cı il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-137/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-137/2025
28.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver