Məhkəmə qərarları › İş №2(074)-1393/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1393/2024

29.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1393/2024 29.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında bağlanmış MŞS/MT030/2023/02557 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılması, ayda 200(iki yüz) manat olmaqla, hər ay Ərizəçi 200(iki yüz) manat aliment verilməsi ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediator X3 iştiraki ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinə əsasən, tərəflər razılığa gəlmişlər ki, Maraqlı şəxs və Ərizəçi birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək, hər ay 200(iki yüz) manat sabit pul məbləğində aliment ödənilməsinə razılıq vermiş və bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişinin bağlanmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, barışıq sazişi ilə təsdiq edilmiş öhdəliyi yerinə yetirmir. Belə ki, barışıq sazişinə əsasən olan öhdəliyi ilə, yəni birgə nikahdan doğulmuş X1 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün, hər ay 200(iki yüz) manat alimentin ödənilməsindən, heç bir əsas olmadan qanunsuz surətdə imtina edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 iyun 2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, hər iki tərəf birgə nikahdan olan 10 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar, tərəflər mediasiya prosesində qarşılıqlı surətdə razılaşdılar ki, ata - Maraqlı şəxs üzərinə öhdəlik götürür ki, oğlu 10 may 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 07 iyun 2023- cü il tarixdən başlayaraq, hər ay ana - Ərizəçi 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Azərbaycan Beynəlxalq Bankındakı hesabına ödəyəcəkdir. Ərizəçi, oğlu X4 ilə atası Nağdalıyev hman Əli oğlu ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü, tərəflər arasında uşağın təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, hazırki iş üzrə Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış MŞS/MT030/2023/02557 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ilə Ərizəçi arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2023/02557 nömrəli barışıq sazişi təsdiq edilsin: Tərəflər birgə nikahdan doğulmuş 10 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar; Tərəflər mediasiya prosesində qarşılıqlı surətdə razılaşdılar ki, Maraqlı şəxs üzərinə öhdəlik götürür ki, oğlu 10 may 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, 07 iyun 2023-cü il tarixdən başlayaraq, hər ay Ərizəçi 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Azərbaycan Beynəlxalq Bankındakı hesabına (4127 2093 0682 2229) ödəyəcəkdir; Ərizəçi, 10 may 2022-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü; Tərəflər arasında uşağın təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar