Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1397/2025 02.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02 yanvar 1971-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, X1nun 06 yanvar 2025-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 06 yanvar 2025-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində vəfat etmişdir. X5 qalmış miras əmlaka vərəsəlik açdırmaq istəyir. Notariat orqanına müraciət etmiş, qardaşının ölümü barədə şəhadətnaməsini tələb etmişlər. Lakin, qardaşının ölümü barədə şəhadətnamə olmadığı üçün, Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində ona bildirilmişdir ki, qardaşının ölümü barədə vaxtında qeydiyat aparılmadığından hazırda onun ölümü barədə tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığı üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil və məhkəməyə müraciət olunmalıdır. X1 xx.xx.1971-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində doğulmuşdur. 06 yanvar 2025-ci il tarixdə qəflətən ürək tutması baş vermiş, təcili tibbi yardım çağırılmış, lakin təcili tibbi yardım gələnə kimi, qardaşı vəfat etmişdir. Bundan sonra, polis və məhkəmə ekspert həkimi gəlmiş, meyitin yarılmasına razı olmadıqlarından, meyit daxili müayinə üçün rayon mərkəzi xəstəxanasına aparılmamışdır. Ona görə də, həm xəstəxana, həm də MTE və PA ETT birliyi publik hüquqi şəxsi qardaşının ölümü barədə tibbi şəhadətnamə verməkdən imtina etmişdir. O, tibbi şəhadətnamənin verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-5866/2025 saylı qərardadı ilə iddiası mümkünsüz sayılmış və ona bildirilmişdir ki, MPM-nin tələblərinə əsasən, xüsusi icraat qaydasında ümumi məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də, 06 yanvar 2025-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində ürək tutmasından vəfat etmiş və Göylər kənd qəbirstanlığında dəfn olunubdur. Dəfndə yaxın qohumlar, kənd camaatı iştirak etmişdir. Onlar da buna şahidlik edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X8 ifadələrində bildirdilər ki, Ərizəçi onların qonşusudur, həqiqətən də, ərizəçinin X1 06 yanvar 2025-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 08 may 2025-ci il tarixli arayışından görünür ki, X12 02 yanvar 1971-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, atası X9, anası X4r. İş materiallarında olan Maraqlı şəxs 11 fevral 2025-ci il tarixli məktubunda göstərilir ki, X6 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Göylər Bələdiyyəsinin14 aprel 2025-ci il tarixli 30 saylı arayışından görünür ki, X12 06 yanvar 2025-ci il tarixdə vəfat etmiş, Şamaxı rayonu, Göylər kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanasının Göylər kənd ASM bölməsinin arayışında göstərilir ki, vətəndaş X2 rayonu Göylər kəndində qeydiyyatda olmadığı, vətəndaşa aid heç bir tibbi sənəd və ölümün hansı səbəbdən baş verdiyi haqqında məlumat olmadığı üçün, ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 28 aprel 2025-ci il tarixli, 19 saylı məktubunda göstərilir ki, X6 adına müvafiq orqanlardan qərar verilməmiş və meyit məhkəmə tibbi ekspertizasına gətirilməmişdir. Mübahisəli məsələlərdə ölüm haqqında şəhadətnamənin verilməsinə göstəriş məhkəmə orqanlarının səlahiyyətinə aiddir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası X17 3 aprel 2025-ci il tarixli 18-1-72/2-A-317-41-569/2025 saylı arayışından görünür ki, 02 yanvar 1971-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə Şamaxı RMX-na müraciət olunmadığı üçün, həmin şəxsə aid ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi qardaşının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 02 yanvar 1971-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, X6 06 yanvar 2025-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 02 yanvar 1971-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, X6 06 yanvar 2025-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1397/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1397/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver