Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1423/2024 28.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 13 iyun 2014-cü il tarixdə Şamaxı rayonunda doğulmuş X2 13 mart 2015-ci il tarixdə Şamaxı rayonu Avaxıl kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,X6 ilə 16 yanvar 2005-ci ildə ailə qurmuşdur. Birgə nikahdan X7 13 iyun 2014-cü ildə doğulmuş, 13 mart 2015-ci il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. Onu Şamaxı rayonu Avaxıl kəndində dəfn etmişlər. Hazırda sənədləşmə işləri ilə bağlı qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına bu ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də, ərizənin icrasından imtina edilmişdir. Daha sonra Şamaxı Rayon Qeydiyyat Şöbsinə müraciət etmiş və Qeydiyyat Şöbəsi imtina məktubu ilə, ölümün qeydə alınmasından imtina edərək, məhkəməyə müraiət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X4 ifadələrində göstərmişlər ki, Ərizəçi onların qonşusudur, həqiqətən də, ərizəçinin Fatimə adında övladı körpə yaşında – 2015-ci ilin mart ayında vəfat etmiş və Şamaxı rayonunun Avaxıl kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 iyun 2014-cü ildə Şamaxı rayonu Avaxıl kəndində anadan olmuş, atası X6, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 18-1-72/2-Q-9xx-xx-1642/2024 saylı arayışından görünür ki, X7 qeydiyyat şöbəsinin imtina aktına əsasən, 13 mart 2015-ci il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət olunmadığı üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 31 iyul 2024-cü il tarixli məktubunda göstərilir ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. X2 ölümünün qeydə alınması ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan Şamaxı RİH başçısının Avaxıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Şamaxı rayonunun Avaxıl kəndində qeydiyyatda olan ailə başçısı X3 övladı 13 iyun 2014-cü il təvəllüdlü X7 vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin övladının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.2014-cü ildə Şamaxı rayonunda doğulmuş X2 xx.xx.2015-ci ildə Şamaxı rayonu Avaxıl kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 13 iyun 2014-cü il tarixdə Şamaxı rayonu Avaxıl kəndində doğulmuş X2 13 mart 2015-ci il tarixdə Şamaxı rayonu Avaxıl kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1423/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1423/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver