Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1431/2025 28.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması haqqında xüsusi icraat qaydasında ərizəsi mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 1989-cu ildə Şamaxı rayonu Qurdtəpə kəndində doğulmuş X2 25 mart 1991-ci il tarixdə Şamaxı rayonu Qurdtəpə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Qurdtəpə kəndində xüsusi mülkiyyətində evi var və həmin evi oğlu X4 adına sənədləşdirmək istəyir. Şamaxı Reqional “Asan Xidmət” Mərkəzinə müraciət edəndə məlum oldu ki, onun 31 avqust 1989-cu ildə Şamaxı rayonu Qurdtəpə kəndində anadan olmuş oğlu X2 ölümü barədə sənəd tələb olunur. 31 avqust 1989-cu ildə Şamaxı rayonu Qurdtəpə kəndində doğulmuş oğlu X6 25 mart 1991-ci il tarixdə Şamaxı rayonu Qurdtəpə kəndində qızılca xəstəliyindən vəfat etmiş və Qurdtəpə kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, qanunları bilmədiyindən və hüzürə başı qarışdığından, Rövşənə ölüm şəhadətnaməsini almamışdır. X1 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Onun ölüm qeydi olmadığından, Şamaxı rayon məhkəməsinə müraciət etməyi məsləhət bildilər.Oğlu Rövşənin 25 mart 1991-ci il tarixdə Qurdtəpə kəndində ölməsini yasda iştirak edən qohumlar və qonşular da, təsdiq edə bilərlər. Bu faktı təsdiq edən kifayət qədər sənədləri və şahidləri var. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X8 ifadələrində bildirdilər ki, onlar Ərizəçi ilə qonşudurlar, ərizəçinin oğlu X6 1991-ci ildə Şamaxı rayonu Qurdtəpə kəndində vəfat etmiş, onlar dəfndə və yas mərasimində iştirak etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X6 31 avqust 1989-cu ildə Şamaxı rayonu Qurdtəpə kəndində anadan olmuşdur. İş materiallarından olan Şamaxı RİHB-nın Qurdtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 dekabr 2024-cü il tarixli, 5-75-37/2-97/2024 saylı arayışından görünür ki, 1989-cu ildə anadan olmuş X6 xx.xx.1991-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonu Qurdtəpə kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 10 oktyabr 2025-ci il tarixli arayışında göstərilir ki, xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.1991-ci il tarixdə vəfat etməsi barədə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs 07 oktyabr 2025-ci il tarixli məktubunda göstərilir ki, X6 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi övladının ölümünün müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 25 mart 1991-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 31 avqust 1989-cu ildə Şamaxı rayonu Qurdtəpə kəndində doğulmuş X2 25 mart 1991-ci il tarixdə Şamaxı rayonu Qurtəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1431/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1431/2025
28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver