Məhkəmə qərarları › İş №2(074)-1433/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1433/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1433/2024 05.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.1980-cı il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X4 13 noyabr 1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X1 13 noyabr 1979-cu rarixdə Şamaxı şəhərində doğulması barədə, Maraqlı şəxsndə 05 dekabr 1979-cu il tarixdə 600 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. Övladının ölümündən sarsıldığı üçün ona ölüm haqqında şəhadətnamə almağı belə unutmuşdur. Seymura ölüm şəhadətnaməsi almaq üçün aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, 16 iyul 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Şamaxı RMX-nın arayışından görünür ki, Şamaxı RMX-da 1980-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilib verilməməsi məlum deyil. Yas mərasimində iştirak ədən qohumlar, qonşular da şahiddirlər ki, Seymur 13 noyabr 1979-cu il tarixdə anadan olmuş və 03 yanvar 1980-ci il tarixdə vəfat etmişdir. Seymuru Şaxəndən qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə qonşu olmuşdur. Sonanın oğlu Seymur hələ körpə ikən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayeva Xuraman Mülki qızı ifadəsində ərizəçi ilə qohum, həm də, qonşu olduğunu, onun Seymur adlı oğlunun körpə vaxtı ölməsini, dəfndə və yas mərasimində iştirak etməsini göstərmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 noyabr 1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, atası X2, anası Ərizəçidır. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X11 arayışından görünür ki, 13 noyabr 1979-cu il təvəllüdlü X4 xx.xx.1980-cı il tarixdə vəfat etmiş, lakin Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və miqrasiya idarəsinin 30 sentyabr 2024-cü il tarixli məktubunda göstərilir ki, xx.xx.1979-cu il təvəllüdlü X1 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyat və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 13 noyabr 1079-cu il təvəllüdlü oğlu X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 03 yanvar 1980-cı il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.1980-cı il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar