Məhkəmə qərarları › İş №2(074)-144/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-144/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-144/2024 11.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 avqust 1966-cı il təvəllüdlü X2 27 iyul 1970-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 19 avqust 1966-cı il təvəllüdlü X7 27 iyul 1970-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş və Dədəgünəş kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun doğum şəhadətnaməsini vaxtında ala bilməyiblər. Hazırda vərəsəlik məsələsi ilə bağlı mərhum oğlunun ölüm şəhadətnaməsi tələb olunur. Ona görə də, Maraqlı şəxsnə müraciət edib. Lakin bildirilib ki, vaxtında oğlunun ölüm faktı qeydiyyatdan keçmədiyindən şəhadətnamənin verilməsi mümkün deyildir və məhkəməyə müraciət etməlidir. Odur ki, mərhum oğlunun ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X9 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq Yeni Şirvan 4 qəzetinin xx.xx.1970-ci il buraxılışını təqdim edərək qardaşı Seymur rəhmətə gedən vaxt atasına həmin qəzetdə başsağlığı verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, Rəşid Alcanovun bir oğlu kiçik yaşlarında rəhmətə getmişdir. Uşağın rəhmətə getməsinin səbəbi hazırda yadında deyil. Lakin o, dəfndə və yas mərasimində iştirak etmişdir. Uşaq Dədəgünəş kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, Rəşid Alcanovun ailəsini tanıyır. Onun bir oğlu kiçik yaşlarında rəhmətə getmişdir. O, dəfndə və yas mərasimində iştirak etmişdir. Uşaq Dədəgünəş kənd qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 noyabr 2022-ci il tarixli, 05/Q-1086/69 nömrəli Maraqlı şəxs arayışından görünür ki, X7 19 avqust 1966-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 05 sentyabr 1966-cı il tarixdə Maraqlı şəxsndə 452 nömrəli doğum haqqında akt qeydi tərtib olumuşdur. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli, 05/9-912/15 nömrəli Maraqlı şəxs məktubundan görünür ki, xx.xx.1966-cı il tarixdə Şamaxı şəhərində doğulmuş X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli, 1077 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X14 arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X7 xx.xx.1970-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan İ-ИЕ 504454 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X1 arasında nikah xx.xx.1965-ci il tarixdə Şamaxı şəhəri VVAQ bürosu tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 oktyabr 1965ci il tarixdə, 95 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Alcanov”, arvada “Alcanova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Dədəgünəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin aktından görünür ki, X6 19 avqust 1966-cı il tarixində anadan olmuş oğlu X7 27 iyul 1970-ci il tarixdə vəfat etmiş və Dədəgünəş kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ 118484 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 sentyabr 2002-ci il tarixdə, 352 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 27 iyul 1970-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 19 avqust 1966-cı il tarixdə Şamaxı şəhərində doğulmuş X2 27 iyul 1970-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar